Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2024 , 21:47

947

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb

Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılır.

"Təqvim Planı"nda namizədliyini irəli sürmək istəyən şəxslərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək müəyyən edilib. Beləliklə, bələdiyyəyə namizəd olmaq istəyənlər sənədlərini bu gün saat 18:00-a qədər təqdim edib başa çatdırıblar.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin olunub.

https://report.az/daxili-siyaset/belediyye-uzvluyune-namizedliyin-ireli-surulmesi-muddeti-basa-catib/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
1020

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
1097

MSK bələdiyyə seçkilərini bu tarixdə ELAN EDƏCƏK

Gündəlik Xəbərlər
25-11-2024
1305

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
1164