Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı ABMA-da tədbir keçirilib
Əvvəlcə müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdən ölkədə baş verən siyasi hadisələrdən danışaraq Ulu Öndərin əvəzsiz xidmətlərindən bəhs edib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Ölkəmizin məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində müstəqilliyini qoruyub saxladığını, parçalanmaqdan və xaosdan xilas olduğunu qeyd edib. Həmçinin bildirilib ki, təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib forması kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verib.
Sonda ABMA-nın inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzülüb.
Rəylər
0 Rəy