Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2024 , 20:46

177

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Dünya Bankının rəsmisi: “Xüsusilə kiçik bələdiyyələr bu layihələr üçün maliyyə resursları tapmaqda çətinlik çəkir

İqlim dəyişiklikləri Cənubi Qafqaz ölkələrində hər il təxminən 100 milyon ABŞ dollarından çox itkiyə səbəb olur.

“Report” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib.

“Dekarbonizasiya bu ölkələrdə üç əsas sahədə çətinliklərlə üzləşir. Bərpa olunan enerji imkanları tam istifadə edilmir, nəqliyyat və isitmədə isə ənənəvi enerji mənbələrinə üstünlük verilir. Bu isə iqlim dəyişikliyi ilə mübarizədə əngəl yaradır. Dünya Bankı olaraq biz iqtisadiyyatın diversifikasiyasını və dözümlülüyünü təşviq edirik və hava çirklənməsinin azalmasının faydalarını vurğulamağa çalışırıq. Bu, ölkələrin həm iqtisadi maraqlarına, həm də sağlam gələcəyinə xidmət edir”, - deyə o qeyd edib.

R.Prays əlavə edib ki, regionda iqlim dəyişikliyi ilə bağlı iki əsas problem mövcuddur: bacarıq çatışmazlığı və iqlim maliyyəsinə çıxışın məhdud olması.

“Xüsusilə kiçik bələdiyyələr bu layihələr üçün maliyyə resursları tapmaqda çətinlik çəkir. Eyni zamanda, bu proqramların hazırlanması üçün kifayət qədər mütəxəssis yoxdur. Maliyyələşməni artırmaq üçün qrant resurslarının ayrılması vacibdir, xüsusilə də büdcəsi məhdud olan hökumətlərin layihələrini həyata keçirməsi üçün”, - deyə Dünya Bankının regional direktoru vurğulayıb.
https://report.az/cop29/iqlim-deyisiklikleri-ile-bagli-cenubi-qafqaz-olkelerinin-itkileri-aciqlanib/ 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
262

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
262

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
228