Azərbaycanda bələdiyyələrin sayı daha da azaldılmalıdır!
Qarşıdan
bələdiyyə seçkiləri gəlir. İlin sonunca ayında Azərbaycanda yerli özünüidarəetmə
orqanlarına seçkilər keçiriləcək. Bələdiyyələrin birləşməyə başladığı dövrdə səsvermənin
keçirilməsi bu seçkilərə maraq oyadıb.
Bir
müddət əvvəl “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv
edilməsi haqqında” Qanuna dəyişiklik edilib. Qanuna görə, ölkə üzrə sonuncu bələdiyyə
seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı
3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr
onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə
alınmaqla digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur.
Məsələ
ilə bağlı Modern.az-a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyinin sədri Vüqar Tofiqli ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün
"yaşıl işıq" yandırılıb:
“Bu
gün Azərbaycanda 1606 bələdiyyə formalaşdırılıb. Hazırda bütün bələdiyyələrdə
seçki prosesinə hazırlıq işləri gedir. Ölkəmizdə 25 ildir ki, bələdiyyə
institutu formalaşdırılıb. Bələdiyyələr yarandığı gündən bir çox uğurlara imza
atıblar: Bunlardan ən vacibi bələdiyyələrin cəmiyyətə bir qurum kimi
tanınmasıdır. Bu günlər ərzində müəyyən qanunvericilik bazası hazırlanıb, fəaliyyət
hüquqi normativ sənədlərlə tənzimlənib. Bütün bunlarla yanaşı müəyyən çətinliklər
də hələ qalmaqdadır. Bəzi qurumların bələdiyyələrə münasibəti nəticəsində bələdiyyələr
ciddi problemlərlə üz-üzə qalırlar. Bu problemlərin aradan qaldırılması ilə
bağlı dövlət səviyyəsində addımlar atılıb. Maliyyə vəziyyətinin düzəlməsi, əmlak
vergisinin yığılması və hesablanması, mülkiyyətə əmlak yaxud torpaq verilməsi,
qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi kimi sahələrdə ciddi addımlar
atılıb. Bunlar istənilən halda bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərən
amildir”- QHT sədri qeyd edib.
QHT sədri
qeyd edib ki, son bir neçə ildə bələdiyyə assosasiyalarının fəaliyyətinin
aktivləşdirilməsi, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin təsis
edilməsi nəticə etibarilə həm bələdiyyələrin nüfuzuna, həm də büdcə gəlirlərinə
təsir edir.
"Bu
gün Azərbaycan bələdiyyəsi müəyyən çətinliklərlə üz-üzə qalması səbəbindən üzərinə
düşən məsuliyyəti lazımınca yerinə yetirə bilmədiyi üçün və qanunvericilikdə müəyyən
dəyişiklik edildi. Nəticə etibarilə əhali sayı 3000 və təsərrüfat sayı isə
1000-dən aşağı olan bələdiyyələr birləşməyə doğru gedəcəklər. Bu birləşmədən
sonra mövcud olan 1606 bələdiyyənin sayı 50%-ə qədər enəcək. Sözsüz ki, bu
addım bələdiyyənin maliyyəsinin mərkəzləşməsinə təsir edəcək. Burada eyni
zamanda ştat sayının azaldılmasından əldə edilən vəsait ərazinin sosial
problemlərinin həllinə yönəlmiş olacaq. Hər halda bu birləşdirmə bələdiyyələrin
problemlərini müəyyən mənada azaldacaq”- o əlavə edib.
Müsahibimiz
düşünür ki, bələdiyyə sayı daha da az olmalıdır:
“Perspektivdə bu sayın 400-500 olması məqsədəuyğundur. Bu sayın çox olması səbəbindən yaşanan çətinliklər də var. Xüsusən də Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə yaşanan problemlər öz həllini tapmalıdır. Güman edirəm ki, bununla bağlı addımlar atılacaq. Birləşmiş bələdiyyələr isə özünü sözsüz ki, doğruldacaq. Azərbaycan yeni dövrə yeni ideyalarla qədəm qoyur. Azərbaycan yeni dövrə qədəm qoyduğundan inanırıq ki, bələdiyyələr də yeni dövrə öz töhfələri ilə çıxış edəcək. Biz də vətəndaş olaraq seçdiyimiz bələdiyyə üzvləri barədə diqqətli olmalı və daha bacarıqlı olanlara səs verməliyik”- V.Tofiqli bildirib.
https://modern.az/olke/483177/azerbaycanda-belediyyelerin-sayi-daha-da-azaldilmalidir/
Rəylər
0 Rəy