Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-08-2024 , 23:52

916

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası seçki müşahidəçiləri üçün təlimlərə başlayıb

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası seçki müşahidəçiləri üçün təlimlərə başlayıb

“Seçki Müşahidə Koalisiyası” Milli Məclisə növbədənkənar seçkilər günü müşahidə aparacaq şəxslərlə təlimlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, avqustun 20-dən start verilən təlimlər 30 nəfərlik qruplarla onlayn formatda keçirilir. Avqustun 30-dək davam edəcək təlimlərdə nüfuzlu QHT rəhbərləri və nümayəndələri də iştirak ediblər. Təlimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini izləyəcək Müşahidə Missiyasının nümayəndəsi də izləyib.

Koalisiyanın həmtəsisçisi - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli təlim iştirakçılarını seçkilərin müşahidəsi ilə əlaqədar görülmüş işlər və atılacaq addımlar, təşkilati məsələlər haqqında məlumatlandırıb.

Koalisiyanın digər həmtəsisçisi - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli müşahidəçilərin hüquq və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət, qanunvericilikdə təsbit olunmuş digər məsələlərlə bağlı təlim keçib. Təlim zamanı suallar cavablandırılıb, təkliflər qeydə alınıb.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən yaradılıb. “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklüzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obyektiv qiymətləndirmə ilə təmin etməkdir.

https://azertag.az

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
552

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1195

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024
1053

 "Göz yaşı” adlı sosial çarx çəkilib - FOTO

Gündəlik Xəbərlər
02-08-2024
1310