Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-07-2024 , 19:35

2174

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Ləkit kəndinin inkişafı bələdiyyənin daim diqqət mərkəzindədir”

QHT-nin layihə çərçivəsində növbəti görüşü Ləkit bələdiyyəsində  baş tutub

 ***

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində   növbəti görüş Qax rayonu Ləkit bələdiyyəsində baş  tutub.  Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

Sədr bildirib ki, bu görüş QHT-nin layihə çərçivəsində keçirdiyi növbəti görüşdür. Bundan əvvəl Qax, İlisu, Qaxbaş və Gullük bələdiyyəsində üzv və qulluqçuların iştirakıyla keçirilib.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovun iştirakıyla keçrilən görüşdə ictimai birliyin sədri görüş iştirakçılarına  layihə barəsində ətraflı məlumat verib. Təşkilat rəhbəri layihənin əsas məqsədinin  bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş, bələdiyyə-icra münasibətlərinin  tənzimlənməsiylə bağlı yeni mexanizmləri müzakirə etməkdən ibarət olduğunu qeyd edib.

Görüşdə Ləkit bələdiyyəsinin sədri Abdulla Kazımov  bələdiyyənin cari il ərzində fəaliyyətinə toxunub. Sədr bildirib ki, torpaq vergisindən 9200 manat, əmlakm vergisindən 4100  manat və icarə haqqlarından 1700 manat maliyyə vəsaiti əldə edilib. Dotasiya ilə birlikdə bələdiyyənin il ərzində büdcə gəliri 21 min manatdan artıq olub.

Ötən il ərzində kəndarası yollara çınqıl tökülərək yayılması həyata keçirilmiş  və əldə olunan maliyyə vəsaitiylə aztəminatlı ailələrlə maddi və mənəvi dəstək göstərilmişdir. 

Bu gün Ləkit bələdiyyəsinin üzləşdiyi əsas problem bələdiyyə mülkiyyətinin sənədləşdirilməsiylə bağlıdır.

Hazırda kəndin icra nümayəndəliyi ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bələdiyyənin atdığı bütün addımlarda Qax RİH başçısı Musa Şəkiliyevin tövsiyələrindən də istifadə edildiyini qeyd edib.   

Bələdiyyə üzv və qulluqçularınin hazırda əsas vəzifəsi büdcə gəlirlərini artırmağa yönəlib. Sədr bildirib ki, qədim tarixə malik olan Ləkit kəndinin inkişafı bələdiyyənin daim diqqət mərkəzindədir və bütün fəaliyyət bu məqsədə xidmət edir.  

Görüşdə layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların (foto-albomlar) forma və məzmunu barəsində geniş müzakirələr aparılmış və bələdiyyə sədrinin və üzvlərin təklif və tövsiyəkləri nəzərə alınmışdır.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda növbəti görüş rayonun Tasmalı bələdiyyəsində olacaqdır.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
644

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
589

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
908

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
769