Bələdiyyə sədri: “Tüntül bələdiyyəsi hər daim şəhid, qazı və aztəminatlı ailələri diqqət mərkəzində saxlayır”
“Qəbələ rayonu Tüntül bələdiyyəsi vətəndaş müraciətlərini
daim diqqətdə saxlayır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin
sədri Gunel Ağayeva bildirib.
Sədrin sözlərinə görə, bu günlərdə bələdiyyə
iclasının qərarıyla 2-ci Qarabağ şəhidi Rüstəm Atakişiyev atası Zahid Dursun
ogluna maddi yardım göstərilmiş, Yengicə kənd sakini 2-ci Qarabağ qazisi Nuriyev
Bəhram Əliyar ogluna isə ərzaq yardımı təqdim edilmişdir.
Sədr bildirib ki, Tüntül bələdiyyəsi hər daim şəhid, qazı və aztəminatlı ailələri daim diqqət mərkəzində saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy