Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2024 , 12:55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Bələdiyyə sənədi" nədir, hüquqi statusu varmı, bu sənədlə torpağı neçə dəfə satmaq mümkündür?


Əksəriyyətimiz torpaq və ya fərdi həyət evi aldığımız zaman evin və ya torpağın sənədi ilə maraqlanır, “çıxarışı” olmayan əmlaklara üstünlük vermirik. Çünki “bələdiyyə sənədi” ilə satılan torpaqların, evlərin sonradan bir neçə sahibi çıxa bilir. Buna görə də vətəndaş ağrımayan başına iş açmamaq üçün “bələdiyyə sənədi” ilə torpaq almır.

“Bələdiyyə sənədi” nədir?

Bələdiyyə sənədinin hüquqi statusu varmı?

Niyə bələdiyyə sənədi ilə bir torpağı bir neçə dəfə satmaq mümkün olur?

Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli müsahibəsində bildirib ki, bələdiyyə bir qurum, bir struktur olaraq formalaşıbsa və seçki yolu ilə fəaliyyətə başlayıbsa, ona müvafiq qaydada müəyyən qanunvericilik bazası da hazırlanıb verilibsə, onun qəbul elədiyi hər hansı bir sənəd də bir hüquqi sənəd kimi qəbul edilməlidir. Faktiki olaraq, bu, belədir. Vüqar Tofiqlinin fikrincə, burada problem ondadır ki, bəzi hallarda bələdiyyənin vətəndaşa təqdim etdiyi sənədlər paketində müəyyən yarımçıq proseslər həyata keçirmiş olur, müəyyən standarta, yəni qanunvericilik qaydasında qəbul edilmiş normaya cavab vermədiyinə görə bir çox hallarda ona çıxarış alınması mümkün olmur.

“2007-ci ilin dekabrın 1-dək olan müəyyən hallar var. Həmin dövrə qədər Azərbaycan bələdiyyələrində müəyyən neqativ hallar baş vermiş oldu. Nəticədə də bələdiyyələri "torpaq satan" bir qurum kimi cəmiyyətə tanıtdılar. Bələdiyyələrin neqativ şəkildə tanıdılmasında həmin dövrdə bələdiyyə sədri olmuş şəxslərin də mühim rolu oldu. O cümlədən, həmin dövrdə bir çox rayon icra hakimiyyətlərinin rəhbərlərinin də həmin o bələdiyyələrin neqativ və sadəcə torpaq satan qurum kimi tanınmasında xüsusi “xidmət”ləri oldu. Məhz bu prosesin qarşısının alınması məqsədilə cənab prezident 2007-ci ildə bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlı qərar vermiş oldu. Həmin dövrdən sonrakı proseslərdə qanunvericilik prosesinə dəyişiklik elan edildi.

Yəni qısa müddətdə 3 ay müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə prosesin, ümumiyyətlə vətəndaşın torpaq almaq məsələsi ilə bağlı prosesin Hərrac Komisiyası tərəfindən həyata keçirilməsi qərara alındı. Sonradan həmin qurum ləğv edildi. Və prosesin müəyyən bir hissəsi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə tapşırıldı. Həmin o prosesin icrasında da, Hərrac Komissiyasının yaradılmasında da müəyyən ləngimələr oldu. Dekabrın 1-də qəbul edilmiş həmin düzəlişlə bağlı qanunvericilikdə dəyişikliklər və müəyyən addımların atılması 2008-ci ilin oktyabrın 28-də tamamlandı. Təxminən 1 il çəkdi. Bu 1 il ərzində bələdiyyələr tərəfindən vətəndaşlara torpaq verilməsi, satılması, icarə məsələsi və alqı-satqı məsələsi ləngidi. Nəticədə də bu, bələdiyyənin büdcə gəlirlərinə də təsir etdi. 2007-ci ildə Azərbaycan bələdiyyələrinin büdcə gəliri 50 milyon ətrafında idisə, 2008 və ondan sonrakı illərdə bu 50% aşağı düşmüş oldu”-deyən Vüqar Tofiqli vurğulayıb ki, 2008-ci ilin oktyabr ayına qədər bələdiyyə tərəfindən qəbul edilmiş sənədlər paketinin hüquqi statusu var. Və bu, sənəd kimi qəbul edilməlidir. Ancaq qanunvericiliyin tələbində olan prosedur qaydaları həmin o sənədlərdə öz əksini tapmış olsun. Həmin dövrdə müvafiq dövlət orqanının rəyi, o, cümlədən müvafiq rayon icra hakimiyyətinin başçısının rəyi, o cümlədən həmin ərazinin cizgisinin rayon memarı tərəfindən təsdiq edilməsi, prosedurun özünün bələdiyyədə icra edilməsi məsələsi və s. Yəni bu da tam şəkildə öz əksini tapmalı idi. Prosedur tam şəkildə həyata keçirildiyi təqdirdə vətəndaş üçün, o cümlədən digər orqanlar üçün də çıxarış verilməsi hər hansı bir şəkildə ləngiməli deyil.

Vüqar Tofiqli qeyd edib ki, ləngidilmə də düzgün deyil və ədalətsizdir.

“Sadəcə olaraq müəyyən məsələlər var ki, o proses paket formasında olmadığına görə sənəd kimi hesab edilmir. Amma düzgün də qərar deyil. Bələdiyyə sənədinin hüquqi statusunun olmaması üçün sənədlər paketi bələdiyyə tərəfindən tamamlanmalıdır ki, vətəndaş o sənədlər paketi ilə müvafiq orqana müraciət edib, çıxarış almaq imkanına malik olsun. Bu gün bələdiyyələrin məhz bu istiqamətdə müəyyən problemlərinin olması və bu problemlərin həllində çətinlik çəkməsi fakt olaraq qalır. Bu gün bələdiyyələrin mülkiyyətinə torpağın və əmlakın verilməsi, yəni prosedurun tam başa çatdırılmaması, nəticə etibarı ilə həm bələdiyyənin büdcə gəlirnə, həm vətəndaşa ciddi təsir etmiş olur. Təsəvvür edin ki, bələdiyyəyə torpaqla bağlı, torpaq alqı-satqısı, həyətyanı torpaqla və yaxud da icarəyə götürməsi ilə bağlı vətəndaş bələdiyyəyə müraciət edir. Bələdiyyə prosedurun həyata keçirilməsi ilə məşğul olur və özündən aslı olan məsələləri həll etmək istəyir ki, satışa çıxartsın. Bu prosedur aylarla, illərlə çəkir. Bələdiyyənin özünün çıxarış alması üçün vətəndaşdan tutaq ki, 2000 manat alacaqsa, onun sənədləşdirilməsinə bələdiyyələrin özü 1000 manata yaxın pul xərcləyir. Mövcud olan o problemlərin aradan qaldırılması nəticə etibarı ilə vətəndaş məmnunluğunu təmin edilməsinə səbəb ola bilər”-deyə Vüqar Tofiqli bildirib.

“Bəzən vətəndaş torpağı alır, sənədlər paketi tam hazırdır və sadəcə olaraq çıxarış almayıb. Ancaq bir də xəbər tutur ki, həmin ərazini kimsə zəbt edib və yaxud da kimsə kiməsə satıb. Yəni belə hallar olub. Və yaxud da bir torpaq sahəsi bir neçə dəfə bir neçə şəxsə satılıb və nəticədə də bu proses ləngiyir. Neqativ hal baş verir, məhkəmə instansiyalarına keçir. Həm vətəndaş, həm bələdiyyə çox ciddi problemlərlə üz-üzə qalmış olur”-deyən Vüqar Tofiqlinin fikrincə, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, eyni zamanda bir çox rayon icra hakimiyyətlərinin bu sahədə çalışan məmurların müəyyən məsuliyyətsizliyi nəticə etibarı ilə belə neqativ halın yaranmasına səbəb olur.

“Kiminsə “bələdiyyə sənədi” 2008-ci ilə qədər qəbul edilmiş sənədlər paketi tam şəkildə, qanunvericilik tələbinə uyğundursa, bu sənəd hüquqi status daşıyır. Qanuni sənəd kimi hesab olunmalıdır. Çünki bu bələdiyyə iclasının qərarıdır. Bələdiyyə sənədinin hüquqi statusu olması üçün tələb olunan sənəd bir paket formasında olmalıdır. Bu hallar nəzərə alınarsa, hər hansısa bir problem olmaz. Sadəcə olaraq məsələ ondadır ki, “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda göstərilir ki, dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə alınmış torpaqlardan başqa digər torpaqlar hamısı bələdiyyə torpaqları hesab olunur. Amma bəzi hallarda bu prosesin icrasında bələdiyyə acizlik çəkir”-deyən Vüqar Tofiqli vurğulayıb ki, çünki qanunvericilikdə bu istiqamətdə müəyyən boşluqlar var. Bu məsələlərin həlli kompleks şəkildə həll olunmalıdır və torpaq alqı-satqısı məsələsində vətəndaşın əlçatanlığı təmin olunmalıdır.

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/494683.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Abşeronda yeni qəsəbə yaradıldı

Gündəlik Xəbərlər
06-04-2024

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024