İnternet informasiya ehtiyatlarının BAMS proqramının yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir
Sədr: "Bələdiyyə iclaslarında daim vətəndaş müraciətləri müzakirə edilərək, icrası barədə qərar verilir"
Bələdiyyələr həmçinin vətəndaş cəmiyyətinin inkişafında da vacib rol oynayır
Bələdiyyə sədri: "BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq"
Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Təmraz Tağıyev: "Bu gün bələdiyyə sistemi müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi yeri var"
Muxax bələdiyyəsi yeni bir layihənin icrasına başlayıb
Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq
Sədr: "Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik"
Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir"
Bələdiyyə sədri təltif edilib
Ədliyyə naziri Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
"Bəzi yerli icra nümayəndələri bələdiyyələrin fəaliyyətinə müdaxilə edir, nəzarətdə saxlamağa çalışır"
"Bu gün Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin böyük əksəriyyəti bələdiyyələrə rəhbərlik edən şəxslərin tutduğu mövqedən asılıdır. Bələdiyyələrə rəhbərlik edən o sədrlərin müəyyən bir qismi yerində olmadığından, müəyyən məsuliyyətsizlik etdiyindən, müəyyən mənada təcrübəsiz olduğundan problemlərlə üz-üzə qalır. Problemləri həll etmək onun imkanları xaricində olur. Hərhansı addımı atmaqda çətinlik çəkir, nəticədə ona edilən müraciətlərin həllinə nail ola bilmir".
Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Ekspert vurğulayıb ki, bu məsələlərə ümumi kontekstdə baxanda bir çox hallarda bu problem bəzi icra hakimiyyətlərinin bələdiyyələrin fəaliyyətinə müdaxiləsi ilə bağlı olur.
Vüqar Tofiqlinin fikrincə, yerində olmayan, təcrübəsi olmayan və məsuliyyətsizlik edən bələdiyyə sədrlərinə rayon icra hakimiyyətlərinin müəyyən məmurları müdaxilələri çox asan şəkildə həyata keçirə bilirlər. Nəticədə də burda bələdiyyə problemlərlə üz-üzə qalır, həmin bələdiyyədə çalışanlar əmək haqqını vaxtı-vaxtında ala bilmir. Bələdiyyənin bank hesabı DSMF-yə borcu olduğundan və yaxud da digər borcu olduğundan bağlı olur və nəticədə də bələdiyyə fəaliyyəti iflic vəziyyətə düşür. Onun sözlərinə görə, istənilən halda Azərbaycan bələdiyyə sisteminin inkişafına nail olmaq istəyiriksə, onun fəaliyyəti ilə bağlı biz də bir seçici olaraq, öz təsirimizi və öz köməyimizi göstərməyə borcluyuq.
“Yəni seçəndə bilməliyik ki, kimə səs veririk. Səsvermə zamanı təcrübəli, vətəndaşla işləmək bacarığı olan şəxslərə üstünlük verilməlidir. Növbəti seçkilər artıq yaxınlaşır. Biz də bir seçici olaraq, proseslərdən nəticə çıxarmalıyıq.
Təəssüflər olsun ki, bu gün Azərbaycan bələdiyyələri arasında o proseslərlə üz-üzə qalan bir çox bələdiyyələr var. Xüsusən də bu proses Abşeron rayonunda özünü daha çox büruzə verir. Abşeron rayonunda icra nümayəndəsi özü bələdiyyə sədri olub, sonradan icra nümayəndəsi olaraq, fəaliyyət göstərib və bələdiyyəni də öz nəzarətində saxlamağa çalışıb. Yəni belə proseslər baş verib.
Abşeron bələdiyyələrində bu təcrübə artıq var. Bunu o ərazidə yaşayan vətəndaşların özləri də gözəl bilirlər. Belə deyək, icra nümayəndəsi istənilən halda, sanki özü bələdiyyə sədri funksiyasını icra edir. Və yaxud da sədr seçilmiş hər hansı bir şəxs sadəcə olaraq, o funksiyanı imzalamaqla vəzifəsi səlahiyyətini başa çatmış hesab edir. Prosesin icrasını da icra nümayəndəsi həyata keçirmiş olur”-deyə Vüqar Tofiqli əlavə edib.
Vüqar Tofiqlinin fikrincə, belə hallar əvvəlki illərdə olub, bir çox hallarda bu gün də davam etməkdədir. Burada uduzan istənilən halda bələdiyyə sistemi və vətəndaşdır. Bu kimi müdaxilələr nəticəsində həmin o bələdiyyənin fəaliyyəti iflic vəziyyətə düşür. Xaos yaranır, bələdiyyənin də həmin ərazidəki çəkisi nüfuzu və hörməti sıfıra düşür. Bu prosesdə iştirak edən hər bir şəxs özü məsuliyyət daşımalıdır.
Və hər bir şəxs də bu proseslərdən belə nəticə verdiyinə görə, o prosesə getməməlidir. Əgər idarəçilik təcrübəsi yoxdursa, istənilən halda o vəzifəsindən istefa verib və daha bacarıqlı bir adama öz vəzifəsini təhvil verməlidir. İstənilən halda rayon icra hakimiyyətinin müvafiq şöbəsinin məmurları, o, cümlədən siyasi rəhbər də bu prosesə müdaxilə etməməli və sadəcə olaraq öz tövsiyələrini verməklə onlarla münasibətləri formalaşmalıdır.
“Bu, sadəcə tövsiyə verməklə olmalıdır, müdaxilə etməklə deyil. Sadəcə olaraq adını çəkdiyimiz ərazilərdə yaşayan sakinlər də gözəl bilir. Bu da sakinlərin arasında dolaşan fikirlərdir və reallığı əks etdirir. Hər halda “od olmasa tüstü çıxmaz” misalı var. Bu məsələlərdə hər halda bütün məsuliyyət rayon icra hakimiyyətinin başçısının üzərinə düşür. Çünki bir siyasi rəhbər olaraq, müəyyən məsələlərin, proseslərin davam etməsinə, başlamasına və inkişafında məsuliyyəti, məhz icra hakimiyyətinin başçısı siyasi rəhbər olaraq daşıyır. Qarşıdan seçki gəlir. Bu il seçki ilidir və bu seçki ilində xoşagəlməz hallara yol verilməsinin qarşısı istənilən halda alınmalıdır”-deyən Vüqar Tofiqli vurğulayıb ki, bu proseslərdə vətəndaş da bir seçici olaraq, aktiv iştirak edərək belə hallara yol verilməməsinə çalışmalıdır.
İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/493328.html
Dövlət büdcəsi hesabına hər bir bələdiyyədə bələdiyyə hüququ ilə bağlı hüquqşünas ştatı yaradılmalıdır.
Deputat bələdiyyə işçilərinin peşə bayramının təsis edilməsini təklif edib
Bələdiyyələrin vergidən yayınan vətəndaşlara təsir mexanizmi olmalıdır - Deputat
Nazir müavini: Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib
"Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir"-VÜQAR TOFİQLİ
Asif Əsgərov: "Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir"
Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib
Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də ..."
Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinə tövsiyə məktubu göndərilib
MSK dairələri üzrə daxil olan müraciətləri araşdırılması üçün DSK-lara göndərib
Rəylər
0 Rəy