Abşeron bələdiyyələrinin torpaq satışından daxil olan maliyyə vəsaitinin həcmi 2.4 dəfə artıb
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata
görə, 2023-ci ildə Abşeron Bələdiyyələrinin büdcə gəliri 3.648.300 manat olub.
Bu da ötən illə müqayisədə 33.6 faiz artıq deməkdir. Qeyd edək ki, 2022-ci ildə Abşeron bələdiyyyələrinin büdcə gəliri 2.730.700 manat olmuşdur. Əldə
edilən gəlirlirin 45.4 faizi vergilərdən, 54.6 faizi isə rüsumlardan olub. Büdcə
gəlirinin 16.8 faizi torpaq, 28.6 faizi əmlak vergisindən daxil olub. Abşeron bələdiyyələrinin
büdcə gəlirinin 48.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub. Abşeron rayonunda formalaşan 15 bələdiyyəyə 78.400 manat dotasiya ayrılıb.
Bununla yanaşı il ərzində 4700 manat mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən, 23.000 manat
bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarət , ictimai
iaşə və digər xidmətlərdən və 800 avtodayanacaqlardan büdcəyə maliyyə vəsaiti
daxil olub. Abşeron bələdiyyələrinə il ərzində
fiziki və hüquqi şəxslərdən həmçinin 90.500 maliyyə yardımı daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy