Vergi xidmətinin rəhbəri: “Son illər əmlak vergisinin həcmini 2.2 dəfə artırmışıq”
“Şüvəlan
bələdiyyəsində vətəndaşların qarşılaşdığı problemlərin həlli daim bələdiyyə
sədrinin diqqət mərkəzində saxlanılır”-
bu fikirləri adıçəkilən bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov
bildirib.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqlinin və baş mühasibi Gülər Məmmədovanın iştirakıyla keçirilən görüşdə bələdiyyənin əldə etdiyi gəlirlər müzakirə edilib.
Görüşdə
bildirilib ki, Şüvəlan Bələdiyyəsinin büdcə gəlirləri 2019-cu illə müqayisədə
ötən il 2.4 dəfə artıb. Belə ki, 47.507 manata
qarşı 2023-cü ildə 114.488 manat maliyyə vəsaiti əldə edilib.
Bununla
yanaşı 2019-cu illə müqayisədə əmlak vergisinin həmi 2.2 dəfə, torpaq
vergisinin həcmi isə 3.2 dəfə artıb. Ötəni
il 85.343 manat əmlak vergisi, 30 min manata yaxın torpaq vergisi
toplanılıb.
Görüşdə
vergi xidmətinin rəhbəri Rizvan Rəhimov yenilənmiş BAMS proqramının bələdiyyənin
büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Üstəlik
BAMS proqramının Əmlak Məsələləri Dövlət
Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi bələdiyyənin büdcə gəlirlərinin
artımında əsaslı rol oynamaqdadır. Artıq bu artım cari ilin birinci rübündə əldə
olunan gəlirlərdə öz təsiri göstərməkdədir.
Bələdiyyənin inzibati binasında
baş tutan görüşdə eyni zamanda müraciət edən vətəndaşlarda qəbul edilərək qaldırılan
məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan
müraciətlər isə nəzarətə götürülüb. Qəbul olunanlar sırasında olan Vətən müharibəsi qazisi Dilavər Nuruşlunun
problemləri də dinlənilərək həlli istiqamətində addımlar atılıb.
Görüşdə “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqli bələdiyyənin
fəaliyyətiylə bağli öz fikir və mülahizələrini bildirib.
Belediyye.info