Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2024 , 17:37

1917

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda bələdiyyələrə ayrılan büdcənin qarşılığında hansısa ciddi layihənin icrasını gözləyə bilmərik"


"Azərbaycanda bu il 6-cı dəfə bələdiyyə seçkiləri keçiriləcək. Bu il Azərbaycan bələdiyyələrinin 25 yaşı tamam olur. Bu illər ərzində ilkin olaraq, fəaliyyət göstərən bələdiyyələrin sayı 2667 sonrakı dövrlərdə 2736, sonra isə 2755-ə qədər artırıldı. İlkin dövrdə müəyyən addımlar atıldı, qanunvericilik bazası ilə bağlı müəyyən şərait yaradıldı. Qanunvericilik baxımından sürətli addımların atılması, müəyyən icra mexanizmi ilə bağlı müəyyən addımların atılması ilə bağlı fikirlər bildirildi. Qanun qüvvəyə mindi, qərar qəbul edildi".

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Sədr vurğulayıb ki, bələdiyyələrin fəaliyyətinin bərpası üzrə müəyyən addımlar atıldı. Ancaq Azərbaycan kimi ərazisi olan ölkədə 2755-ə qədər bələdiyyələrin olması sözsüz ki, çox yüksək idi. Buna görə də 2009-cu ildə 1000, 2014-cü ildə 100 bələdiyyə birləşdirildi. Bununla da, bələdiyyələrin sayı 1606-ya düşdü.

 “Müəyyən birləşdirmənin aparılması bələdiyyə sisteminə müsbət təsir edən amillərdəndir. Bu gün yenə də birləşdirmə ilə bağlı addımlar qanunvercilik səviyyəsində müzakirə edilir. Əhalisinin sayı 3 min və təsərrüfatın sayı 1000-dən aşağı olan bələdiyyələrin hamısı birləşdiriləcək. Bu, mütərəqqi bir addımdır və bunun nəticəsində də bələdiyyələrin sayının 800 ətrafında olacağı gözlənilir”-deyən Vüqar Tofiqli vurğulayıb ki, bələdiyyələrin birləşdirilməsi ilə bağlı məqamlar bir çox ölkələrdə həyata keçirilir. Onun sözlərinə görə, istər Türkiyədə, istər Avropa ölkələrində, istərsə də Rusiyada bu birləşdirmə məsələsi həyata keçirilib və kiçik bələdiyyələr müəyyən mənada özünü doğrultmadığına görə birləşdirilib.

“İş ondadır ki, bizdə Azərbaycanda birləşdirmə müsbət təsir etsə də, bələdiyyələrin fəaliyyətinə ciddi şəkildə təsiri bu gün bələdiyyə sisteminin qarşılaşdığı problemlər öz həllini tapdığı zaman olacaq. Büdcə gəlirləri, müəyyən sərbəstlik, bələdiyyə-icra münasibətlərinin tənzimlənməsi ilə bağlı, bələdiyyələrin fəaliyyətinə müdaxilələrlə bağlı, bələdiyyə mərkəzi icra orqanları ilə, qarşılıqlı tənzimlənməsi ilə bağlı və əməkdaşlığın tənzimlənməsi ilə bağlı bu kimi addımlar atılmış olsa, o zaman Azərbaycan bələdiyyə sistemi lazım olan səviyyədə ola bilər.

 

Son bir neçə ildə Azərbaycan bələdiyyəsinin inkişafı, onun qarşılaşdığı problemlərin həlli ilə bağlı prezident administrasiyanın bələdiyyələrlə iş sektoru və ədliyyə nazirinin müvafiq idarələri, yəni bələdiyyələrlə iş mərkəzləri o, cümlədən region ədliyyə idarələri ciddi şəkildə addımlar atırlar. Bu yaxınlarda BAMS-ın, avtomatlaşdırılmış məlumat sisteminin əmlak məsələləri dövlət xidmətinə inteqrasiya edilməsi müəyyən mənada bələdiyyə büdcəsinin artımına təsir edib. Müqayisə etsək görərik ki, 2022-ci ildə Azərbaycan bələdiyyəsinin büdcəsi 46 milyon manat ətrafında idisə, indi artıq bu gün 54 milyon manatı keçib. Yəni 7 miyon yarımdan artıq artım var. Əvvəlki illərdə bələdiyyələrin əsas gəliri torpaq satışından əmələ gəlirdisə (yəni 2007, 2008, 2009-ci illərdə) bu gün artıq əldə edilən vəsaitin xeyli bir hissəsi 35-40 % -ə yaxın hissəsi sırf vergilərdən əmlak və torpaq vergisindən daxil olur”-deyə sədr əlavə edib.

Vüqar Tofiqli hesba edir ki, Azərbaycan bələdiyyəsi üçün, yəni 1606 bələdiyyə üçün 54 milyon manat büdcə gəlirinin olması çox cüzidir və bu çox aşağı səviyyədədir. Yəni bu vəsaitlə Azərbaycan bələdiyyəsindən hər hansı ciddi bir layihənin icrasını gözləyə bilmərik. Bu büdcənin yüksək səviyyədə olması üçün ciddi şəkildə addımların atılması vacibdir və gözləniləndir.

Ekspert hesab edir ki, bələdiyyələrin birləşdirilməsi və onların sayının azaldılması fəaliyyətin keyfiyyətinə müəyyən mənada öz təsirini göstərmiş olacaq.

“Büdcə gəlirlərinin mərkəzləşdirilməsindən sonra əlavə xərclərin olmaması, müəyyən bir layihənin konkret olaraq icra olunmasında bu addımın atılmasına kömək olacaq.

İstənilən halda biz Azərbaycan bələdiyyəsinin müəyyən standartlara cavab verməsini istəyiriksə, qarşılaşdığı problemlərin həllinə nail olmalıyıq. Qanunvericilikdəki boşluqlarları aradan qaldırmalıyıq. Mərkəzi icra orqanlarının bələdiyyələrə olan münasibətini dəyişməliyik. Əgər biz mərkəzi icra orqanlarının bələdiyyələrə olan münasibətini dəyişmiş olsaq, sözsüz ki, Azərbaycan bələdiyyəsi də öz vətəndaşına, öz seçicisinə kifayət qədər yüksək səviyyədə xidmət göstərmiş olacaq və bununla da, müəyyən mənada dövlətin üzərinə düşən yükün də bir qismi məhz bələdiyyənin üzərinə düşəcək”-deyə Vüqar Tofiqli bildirib.

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/491095.html



Rəylər

0 Rəy


Rəy yaz