Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-03-2024 , 17:52

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ötən il ölkə bələdiyyələrinin büdcə gəlirləri 15 faiz artıb

Yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, ölkənin sosial, iqtisadi, siyasi və mədəni inkişafında iştirakının genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrinin icrasında - yerli əhəmiyyətli məsələlərin həllində fəaliyyətlərinin genişləndirilməsinin başlıca olaraq onların maliyyə vəziyyətindən asılı olduğu nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən yerli büdcə gəlirlərinin artırılmasına nail olunmasına diqqət daha da artırılmışdır. Son illərdə bu məqsədlə həyata keçirilən davamlı və əhatəli tədbirlər, bələdiyyələrlə aparılan ardıcıl metodoloji iş öz müsbət nəticələrini göstərməkdədir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə ölkə üzrə bələdiyyələrin ümumi büdcə gəlirləri 54,5 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 7,1 milyon manat (15%) çoxdur. O cümlədən yerli vergilərdən daxil olmalar 22,6 milyon manat təşkil etmişdir, bu da 2022-ci illə müqayisədə 2,1 milyon manat (10%) çoxdur.

Son üç ildə (2021-2023-cü illər) ölkə bələdiyyələrin ümumi yerli büdcə gəlirləri 19,5 milyon manat (56%), o cümlədən yerli vergilərdən daxil olmalar 8,2 milyon manat (57%) artmışdır.

Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə isə 2023-cü ildə ümumi büdcə gəlirləri 16,6 milyon manat (əvvəlki illə müqayisədə 2,3 milyon manat (16%) çox), yerli vergilərdən daxil olmalar isə 11,9 milyon manat (əvvəlki illə müqayisədə 1,3 milyon manat (12%çox)) olmuşdur.

Bakı bələdiyyələri üzrə son üç ildə (2021-2023-cü illər) ümumi büdcə gəlirləri 7,6 milyon manat (84%), o cümlədən yerli vergilərdən daxil olmalar 5,8 milyon manat (95%) artmışdır.

Bələdiyyələrin maliyyə vəziyyətində baş verən müsbət dəyişikliklər onların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

Qeyd olunan istiqamətdə tədbirlər davam etdirilir.

Bələdiyyələrlə İş mərkəzi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bakıda 30 hektarlıq yeni park salınır

Gündəlik Xəbərlər
15-03-2024

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024