Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2024 , 16:13

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələri elə idarə etmək tələb olunur ki..

Fevralın 29-da Şirvan şəhəri İcrah Hakimiyyətində 2023-cü ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Tədbirdə Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov bələdiyyənin gördüyü işlər barədə çıxış etmişdir.

Kürdoğlu Muradovun çıxışını təqdim edirik.

Ölkəmizdə Bələdiyyələrin yaranması Bələdiyyələrin statusu, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə, onun xeyir-duası ilə - “12 Noyabr 1995-ci il” də qəbul edilən, Azərbaycan Respublikası Konstitusiyasında Qanun çərçivəsində müəyyənləşdirilmişdir. 1999-cu ilin 12 dekabr tarixində Azərbaycanda ilk dəfə Bələdiyyə seçkiləri keçirilmişdir. Ulu Öndər tövsiyyə edirdi ki, vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarəetmə orqanı olan  insanlar öz fəaliyyətlərində yerli özünü idarəetmə orqanlarının varlığını və zəruriliyi hiss etsinlər.

Bildiyiniz kimi, bələdiyyə qanununla müəyyən edilmiş hüdudları daxilində yerli özünü idarəetmə formasıdır. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünü idarəetmə orqanı olan bələdiyyələri elə idarə etmək tələb olunur ki, insanlar öz fəaliyyətlərində yerli özünü idarəetmə orqanının varlığını və zəruriyliyini hiss etsinlər. Şirvan Bələdiyyəsinin əsas prioritet proqramında şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı ailələrin sosial məsələlərinin həll olunmasıdır.

Şirvan Bələdiyyəsi yeni seçilmiş heyyətlə fəaliyyətə başladığı ilk gündən Bələdiyyələrə verilmiş səlahiyyət çərçivəsində vətandaşların yerli problemlərinin həllinə, yerli idarə etmə prosseslərində fəal iştirakın təmin olunmasına hər tərəfli şərait yaratmışdır.

Bələdiyyənin fəaliyyətində şəfaflığı təmin etmək bu gün qarşımızda duran ümdə məslələrdən biridir. Ona görə, də mütəmadi olaraq Yerli və Respublika mətbuatında, sosial şəbəkələrdə Bələdiyyənin yerli büdcəsinin dövriyyəsi, Bələdiyyə tərəfindən il ərzində görülən işlər,  həyata keçirdiyi yerli əhəmiyyətli sosial yönümlü lahiyyələr barədə məlumat verilir.

Bildiyiniz kimi Bələdiyyənin yerli büdcəsi aşağıdakı vəsaitlərin daxil olmasından formalaşır:

Vergilərdən daxilolmalar.

Bunlara aiddir: Torpaq vergisi, əmlak vergisi, dayanacaq rüsumu. Torpağın icarə haqqları üzrə ödənişlər.

Torpağın satışından daxilolmalar.

Dövlət büdcəsindən alınan dotasiya.

Nəzərinizə çatdırıram ki, həmin sahələrdən yerli büdcəyə aşağıdakı vəsaitlər daxil olmuşdur.

Torpaq vergisindən                            –              28565.59 manat

Əmlak vergisindən                             –              49940.93 manat

Spesifik xidmətlərdən                        –              5798.00 manat

Torpaqğın icarə haqqından               –              22288.97 manat

Torpağın satışından                           –              52193.00 manat

Dotasiya                                              –              15000 manat

Cəmi:                                                                  173.786.49 manat

Yerli büdcənin maliyyə vəsaiti aşağıdakı qaydada xərclənmişdir.

Əmək haqqına                                    –              103562.35 manat

DSMF                                                   –             29763.11  manat

İcbari dövlət                                      -               4568.45 manat

Ezamiyyə xərci                                             –               2294.48 manat

Nəqliyat xərci                                  –                 4095 manat

Komunal xidmətlər                           –               3177.10 manat

Bank xidməti                                     –               1545.17 manat

 M.Ə. Füzuli adına Mədəniyyət və İstirahət parkında fasad işləri                           -  9503.63 manat

 Sair xidmətlərin ödənməsi                           -     4866.16 manat

Sair xərclər ödənməsi                                    -     12398.82 manat

Bildirirəm ki, 2023-cı il üçün Yerli Büdcəyə daxilolmalar 250000 manat proqnozlaşdırılsada faktiki icra 173786.49 manat olmuşdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, müraciət əsasında Bayramlı qəsəəsində əhalinin istirahəti və asudə vaxtlarının keçirmək üçün abadlıq işlərinin görülməsi üçün Maliyyə Nazirliyi tərəfindən 126000 manat subvensiya ayrılmış və həmin vəsaitin 24 %-hissəsi 2023-ci ildə xərc olunmuşdur

Şirvan Bələdiyyəsinə müraciətlər əsasında maddi yardım və digər məqsədlər üçün şəhid ailələrinə, qazilərə, qarabağ müharibəsi veteranlarına və şəhərin az təminatlı ailələrinə ümumilikdə 3280 (üç min iki yüz səksən) manat köməklik göstərilmişdir. Qurban Bayramı münasibəti ilə aztəminatlı və ehtiyacı olan 30 ailəyə 900 (doqquz yüz) manatlıq qurban payı paylanmışdır.

Şəhərin T.İsmayılov küçəsi 11 A və 15 saylı, M.Ə.Rəsulzadə küçəsi 11/1, 17/2 saylı L-nt İbrahimov küçəsi 14 saylı binaların həyətindəki nümunəvi məhlələrdə salınmış parkların ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır.N.Nərimanov küçəsində şəhid Həsənov İlqar İlham oğlunun yaşadığı binanın fasadına şəhid baralyefi vurulmuş, şəhid Hüseynov Rəşad Rəhim oğlunun yaşadığı binaya baralyefi vurulmuşdur. Türkiyə Respublikasında baş vermiş zəl-zələ nəticəsində zərər çəkmiş insanlara Şirvan Bələdiyyəsi tərəfindən 1500 (Bir min beş yüz ) manat maddi köməklik olunmuşdur.Füzuli parkı boyunca vətəndaşların hasarları suvararaq rənglənmişdir. Şirvan Bəldiyyəsinin ərazisində ki, ağaclara aqro texniki qulluq aparılıb və suvarılmışdır. Şəhid anasının yas mərasiminin keçirilməsi üçün çadr qurulmasına 300 (üç yüz )manat. Türkiyədə zəlzələdə həlak olmuş şəhər sakinimizin hüzür mərasiminə 450 (dörd yüz əlli), Şəhid Alişanlı Amal Seyfəddin oğlunun xatirə kompleksinə vətən müharibə şəhidlərinin ümumi şəkilləri barner üzərində hazırlanaraq verilmişdir.Şəhid atası Həsənov İlhama 300 (üç yüz) ədəd kərpic verilmişdir.

Şəhərin M.Mirzəyev küçəsinə Qarabaq qazilərin xahişi ilə 8 maşın, kənd evləri yaşayış massivinə 14 maşın kərpiç qırıntısı tökülərək yayılmaışdır.

Hacıqəhramanlı qəsəbəsində şəhid ailələrinin xahişi əsasında maqistral yolun üstündə 1 ədəd modul tipli dayanacaq hazırlanaraq qoyulmuşdur, Bayramlı qəsəbəsində isə 2 ədəd dayanacaq təmir olunaraq istifadəyə verilmişdir.

Şəhərin M.Rəsulov küçəsində şəhid Məhəmməd Rəsulovun abidə kompleksi düzəldilmişdir.

Şəhərinin Şəhidlər Xiyabanının hasarında dəmir barmaqlıqlar köhnə rənglərdən təmizlənmiş və yenidən rənglənmişdir.

Bununla yanaşı “El-Qəbirstanlıqında” təmizlik və abadlıq işləri aylığı keçrilmişdir. Aylıqda baxımsız qəbirlər o cümlədən yəhudi, xristian qəbirləri rənglənmiş, baş daşları qayadaya salınmış, qəbirstanlıqın müəyyən hissəsi alaq otlarından təmizlənmişdir.

Bələdiyyə işçiləri bununla yanaşı “Kür çayının” sahilində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə keçirilən təmizlik aksiyasında da fəal iştirak etmiş, ərazinin müəyyən hissəsini zibillərdən təmizləyərək daşımışlar. Şirvan Bələdiyyəsi bundan sonra da şəhərin abadlıq və təmizlik işlərində, ekologiyanın qorunmasında fəal iştirak etmək niyyətindədir. 

2023-ci il ərzində Bələdiyyə mülkiyyətinə məxsus torpaqların inventarizasiyası zamanı Bağ evləri yaşayış massivində yerləşən küçələrdə 2-nəfər sakinin Bələdiyyə torpağından qeyri-qanuni istifadə etdiyi müəyyənləşdirilmişdir. Bu sakinlər Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini dəmir torla çəpərləyərək qeyri qanuni zəbt etmişlər. Onlara xəbərdarlıq edilərək rəsmi bildirişlər təqdim olunmuş, dəmir torla çəpərlənmiş ərazinin təmizlənib əvvəlki vəziyyətinə bərpa edilməsi işlərinin görülməsi tapşırılmışdır, icra olunması üçün məhkəmə qərarı ilə söküntüsü aparılır.

Həmçinin bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 12 (on iki) şəhər sakini müəyyənləşdirilmiş, onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, bunlardan 7 (yeddi) şəhər sakininin faktiki istifadəsində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini sənədləşdiriməsi yekunlaşdırılmış, 5 (beş) şəhər sakinin torpaq sahələrinə dair sənədləşdirmə işləri tərəfimizdən davam etdirilir.

Görülmüş tədbirlərin və aparılmış qanuna müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışdır.

Bütün bunlarla yanaşı işimizdə çatışmamazlıq da var. Belə ki, Şirvan Bələdiyyəsi şəhər ərazisində olan bütün vergi ödəyicilərinin hələki hamısını vergiyə cəlb edə bilməmişdir. Məlumat üçün bildiririk ki. Respublika üzrə yeni bir sistem – Bələdiyyələrin Avtomatlaşdırlmış Məlumat Sistemi yaradılmışdır ki, bunun sayəsində reyestr xidmətindən əhalinin mülkiyyəti barədə sənədlər əldə olunur və həmin mülkiyyyətçilər vergiyə cəlb olunurlar.

Bu da yerli vergi yığımında artıma və Bələdiyyə büdcəsinin çoxalımasına səbəb olur.

Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi torpaq sahələrinin münbitliyini, ekoloji şəraitinin yaxşılaşdırılması, torpaqların zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

Biz Şirvan Bələdiyyəsi olara 2024 –cü il də işimizi günün tələbləri səviyyəsində quracaq və yerli özünü idarə etmə orqanı olaraq şəhər əhalisinə xidmətin səviyyəsini artıracağıq.

Şirvan Bələdiyyəsinin Mətbuat xidməti


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiya sədri üçün özəl gün

Gündəlik Xəbərlər
15-02-2024

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024