Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2024 , 19:25

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan xalqı seçici vəzifəsini yerinə yetirdi

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Müşahidə edilən yüksək fəallıq siyasi mədəniyyət səviyyəsinin göstəricisi idi

   Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində seçici fəallığı ölkə vətəndaşlarının sosiallığını və siyasi mədəniyyət səviyyəsinin də yüksək olduğunu təsdiq etdi. Seçkiöncəsi təbliğat və təşviqat kampaniyası mərhələsində də  seçicilərin aktivliyi müşahidə edilirdi. Bu, özünü sosial şəbəkələrdə aparılan müzakirələrdə, sosial şəbəkə istifadəçilərinin proseslərə real qiymət verə bilməsində də göstərirdi. Seçki günü isə prosesin məntiqi yekunu idi. Budəfəki seçki indiyədək görünməmiş seçici fəallığı ilə müşayiət olundu. Növbədənkənar Prezident seçkiləri sübut etdi ki, xalqımız siyasi prosesləri düzgün analiz edib doğru qərar vermək qabiliyyətinə malikdir. Azərbaycanın hər bir vətəndaşı ölkənin xoşbəxt gələcəyi üçün məsuliyyət daşıdığını anlayır. Xalqımızın  seçkilərdə böyük fəallıq və ruh yüksəkliyi nümayiş etdirdiyi insanların seçki məntəqələrinə axın etməsindən bəlli idi. Bunu həm yerli, həm də xarici müşahidəçilər təsdiq edir. Növbədənkənar Prezident seçkilərinin gedişatı barədə danışan Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Azərbaycan xalqı, hamı bir nəfər kimi tarixi Qarabağ Zəfərinə, Qalib Liderinə səs verib: “Azərbaycan xalqı yenidən şanlı tarix yazdı. Bu tarix hər bir Azərbaycan vətəndaşı üçün əvəzsiz fəxr və qürur, gələcək nəsillər üçün isə bir örnəkdir. Ölkəmizdə keçirilən tam ədalətli və şəffaf seçkilər, həmçinin Azərbaycan xalqının ortaya qoyduğu iradə bütün dünya üçün nümunə ola bilər”. “Ötən gün - fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də, dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımızın bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu: “Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnı açıq, üzü ağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı. Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit-poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi. Bu, Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür”. AHİK sədri vurğulayıb ki, artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayır: “Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır”. 

  Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Aleksandr Yuşenko isə Azərbaycan seçicilərinin yüksək nizam-intizamlı olmasını xüsusi vurğulayıb. Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə çıxış edən A.Yuşenko Azərbaycan seçicisinin nizam-intizamlı olmasının bir çox ölkələr üçün örnək ola biləcəyini qeyd edib.  

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında seçki günü bir neçə məntəqədə  müşahidə apardığını söylədi: 

- Seçki günü 118 saylı Ağdam şəhər seçki dairəsinin 42 saylı məntəqəsində səsvermə hüququndan istifadə edərək səs verdim. Məntəqədə seçici aktivliyini müşahidə etdim. Bundan əlavə ictimai birlik sədri kimi digər məntəqələrdə də müşahidə aparmışıq. Harada olduqsa, orada yüksək seçici fəallığı ilə qarşılaşdıq. Neqativ hallar, demək olar, müşahidə edilmədi. Seçicilər nizamlı bir şəkildə məntəqələrə gəlirdi, adlarını seçici siyahısında təsdiq etdirdikdən sonra bülletenləri alıb, səsvermə kabinələrinə keçirdilər. Heç bir basırıq, anlaşılmazlıq yaşanmırdı. Bu, seçki prosesinin çox yaxşı təşkil edildiyindəndir. Əminəm ki, xalqımız qalib liderə səs verib. Çünki bunu insanların söhbətindən, mövcud ab-havadan da duymaq mümkün idi. Hamımız inanırıq ki, Vətənimizi, ölkəmizi irəlidə daha da işıqlı gələcək gözləyir. Bu seçki məlumdur ki, bütöv Azəbaycanda keçirilən ilk seçkidir. İşğaldan azad edilmiş Qarabağda – Şuşada, Xocalıda, Xankəndidə... seçki məntəqələrinin təşkil edilməsi və orada da yüksək seçici fəallığı bunu deməyə əsas verir ki, xalqımız həmişə olduğu kimi yenə doğru qərar verib və ölkəmizin xoşbəxt gələcəyinə səs verib. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti-abadlıq işləri sürətlə davam edir, erməni separatçılarının yurdundan-yuvasından didərgin saldığı əhali doğma torpağa qayıdır. Növbəti illərdə və növbəti seçkilərdə biz bütün Qarabağda seçki məntəqələrinin yaradıldığının və Qarabağ camaatının doğma yurdda səsvermədə iştirak edəcəyinə şahid olacağıq.

https://sherg.az/gundem/252414

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024