Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-01-2024 , 22:02

1766

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nəsimi rayonun bir qrup sakinin şikayəti - Müraciət


Azərbaycan Prezidentinin Adminstrasiyasının rəhbəri cənab Samir Nuriyevə,

Surəti: Azərbaycan Respublikasının daxili işlər naziri, cənab Vilayət Eyvazova,  

Azərbaycan Respublikasının fövqalədə hallar naziri, cənab Kəmaləddin Heydərova,  

Azərbaycan Respublikasının Baş prokuroru, cənab Kamran Əliyevə 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova

Şəhərsalma və Arxitektura Komitəsinin sədri, cənab Anar Quliyevə 

Bakı şəhəri Nəsimi rayon  İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova

Hörmətli Samir müəllim!

Biz, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 91 saylı binanın sakinləri məlumat üçün Sizə bildiririk ki, binamıza bitişik olan Azadlıq prospekti 89 a saylı binanın birinci mərtəbəsindəki  mənzilin bizim məhəlləyə tərəf olan pəncərəsi yerinə qapı açılması prosesinə start verilib. 

Mənzil sahibi hansısa məmurla iş birliyi qurduğunu iddia edərək sakinlərin müraciətini heçə saymış və obyektə çevirmək istədiyi mənzilə giriş üçün pilləkən tikintisini davam etdirmişdir. Bununla bağlı heç bir rəsmi icazə sənədi olmadan məhəlləyə daş töküb beş kv.m ərazidə pilləkən inşa etsə də, rəsmi qurumlara-DİN-nin və Fövqalədə Hallar Nazilriyinin qaynar xəttinə, xususəndə Bakı şəhər İcra Hakimiyyətinə  sakinlərin müraciətindən sonra Bakı ŞİH-nin əməkdaşlarının fədakarlığı sayəsində tikintinin qarşısı alınmış oldu. Tikinti dayandırıldı və ərazi təmizləndi. 

Lakin biz sakinlərin narahatlığı davam etməkdədir. Çünki mənzil sahibi ərazidə nəyin bahasına olursa-olsun mənzilin məhz həmin pəncərəsinin qapı edəcəyini deyir. Şəhərin mərkəzində,  intensiv  hərəkətli bir yerdə, ümumi istifadə də olan məhəllənin əsas hərəkət zolağını zəbt edərək  obyekt üçün pilləkən inşa edilməsi biz sakinlərə ciddi şəkildə narahatlıq yaradıb. Bu addım atılması sakinlərin gediş-gəlişinə həm də problem yarada bilər.    Hörmətli Samir müəllim!

Bizdə bir sakin olaraq dövlətimizin və ərazi bütövlüyümüzü tam bərpa edən Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasəti daim dəstəkləyir və inanırıq ki, bu müraciətimizi dəqqətdən kənarda saxlamayaraq qaldırılan problemin həllinə dəstək göstərəcəksiniz. 

Xahiş  edirik, biz sakinləri narahat edən bu problemin, yəni Azadlıq prospekti 89 a saylı binanın birinci mərtəbəsində küçəyə tərəf olan pəncərənin qapıya çevrilməsinin qarşısının birdəfəlik  alınmasına sərəncam verəsiniz. 

Sizə dərin hörmət və ehtiram hissiylə

sakinlər adından:

18 mənzil sakinləri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər