Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2024 , 23:13

3292

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  xalq artisti Məleykə Əsədova  ilə görüş keçirilib.


 

Qaradağ rayonunda yerləşən Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində 28.01.2024 tarixində "Sizinlə görüşə gəldim" adlı tədbir keçirilib.

Tədbirə başlamazdan öncə  Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qızıldaş Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva çıxış edərək Məleykə Əsədovanın səhnəmizdə yaratdığı obrazlara diqqət çəkib. Onun qalib xalqın səhnəsinin Natavanı olduğunu vurğulayıb.O, həmçinin qeyd edib ki, Məleykə Əsədova bu gün Azərbaycanın bədii-qiraət sənətini yaşadan və təbliğ edən azsaylı sənətkarlarımızdandır.

Xalq artisti tamaşaçıların istəkləri əsasında vətənpərvərliklə bağlı şeirlər səsləndirib. Məleykə Əsədovanın ifasında səslənən musiqilər izləyicilərin alqışları ilə müşayət olunub.

Ehtiyatda olan Silahlı Qüvvələrin veteranı, Qızıldaş qəsəbə sakini Ramin Rəhimov rayon veteranları adından çıxış edərək Xalq Artistinə görüş üçün təşəkkürlərini ünvanlayıb.

Məleykə Əsədova tədbir iştirakçılarının onun sənəti  ilə bağlı ünvanladıqları suallarını cavablandırıb.

Tədbirdə Səbinə rəqs qrupunun ifasında milli rəqslər nümayiş olunub. Qızıldaş Mədəniyyət Mərkəzinin rəsm kursunun rəhbəri Müslim Əzimov tərəfindən Məleykə Əsədovaya yağlı boya ilə çəkilmiş portret hədiyyə olunub.Görüşdə Məleykə Əsədovanın ifasında " Gözəllik işığında",  "Yalan", " Anam qocalır" , " Arzum diləyim" mahnıları səsləndirilib.

Görüşdə Qaradağ rayonundan olan sənətçilər, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
263

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1020

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
709

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
616

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
538

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
805

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
943