Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-01-2024 , 09:48

1159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Azərbaycan bələdiyyələri təşkilatın işində yaxından iştirak etməklə bundan sonra  öz töhfəsini verməyə hazırdır”

“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB)  İdarə Heyətinin növbəti toplantısı baş tutub”- bu barədə məlumatı idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Toplantı İstanbul şəhərində Zeytunburnu bələdiyyəsinin ev sahibliyi ilə keçirilib.

İclasda Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, KKTC, Makedoniya, Livan, Özbəkistan və Türkiyədən olan İdarə Heyətinin üzvləri iştirak edib.

Sədr bildirib ki, iclasda 2023-ci ildə birliyin həyata keçirdiyi layihələr barəsində məlumat verilmiş bununla yanaşı 2024-cü ildə nəzərdə tutulan proqramlar müzakirə edilmişdir.

İclasda həmçinin Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ilə Özbəkistanın Əmək Nazirliyinin  Əmək və Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq protokolu da imzalanıb.

Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev də çıxış edərək  Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan bütün münasibətlərini qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.

Sədr çıxışında həmçinin türkdilli ölkələrdə formalaşan yerli orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin xüsusi rolu olduğunu qeyd edib.

Azərbaycan bələdiyyələri təşkilatın işində yaxından iştirak etməklə öz töhfəsini verməyə bundan sonra  hazırdır.

İclasda idarə heyətinin digər üzvləri də çıxış edərək öz fikri və mülahizələri bölüşüblər.

 Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
1109

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
1253

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
1061