Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-01-2024 , 09:31

2018

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə qanunvericiliyinin icrası niyə təmin edilmir? AYNA rəsmiləri nəyi gözləyir

Ötən il sürücülər üçün ən yaddaqalan hadisələrdən biri də avtodayanacaq sistemində mövcud olan hərc-mərcliyin aradan qaldırılmasıyla bağlı atılan addımlar oldu. Bu istiqamətdə isə diqqətiçəkən əsas addım avtodayanacaq ödənişlərinin dövlət büdcəsinə daxil olmasını təmin etmək idi.

Etiraf edək ki, beş ildən artıq bir müddət ərzində adıçəkilən sahədə mövcud olan pərakəndəlik, hətta bəzi hallarda hərc-mərclik hallarının baş alıb getməsi sakinlərin və ən əsası sürücülərin  narazılğını artırmış olurdu. Onu da etiraf etməliyik ki, son iyirmi il ərzində avtodayanacaq sahəsi uğrunda xüsusəndə mərkəzi icra hakimiyyəti orqanları arasında ciddi mübarizə getdiyinin də şahidi olmuşuq. Mübarizə elə kəskin xarakter almışdı ki, sonda bu sahə hansısa şəxslərin inhisarına keçmiş oldu. Və nəticədə yeddi ilə yaxın müddət ərzində kifayət qədər maliyyə vəsaiti dövlət büdcəsinə deyil, şəxsi ciblərə gedəsi oldu. Nə isə.

Axır ki, avtodayanacaq sahəsi öz sahibini tapmış oldu. Və bu gün ən müasir standarlara cavab verən və bu gün sürücülərin istifadəsinə verilən “azparkinq sistemi”   mükəmməl şəkildə işləyir və əldə olunan vəsait onlayn qaydada dövlət büdcəsinə mədaxil olunur. Yəni tam şəffaflıq təmin edilir. Ən əsası burada çalışanlar gözlərini daha sürücülərin əlinə deyil, yüksək səviyyədə aldıqları əməkhaqqına yönəldirlər. Çox yaxşı. Hər halda təqdirəlayiq olan bütün məsələləri biz də dəstəkləyir və bir daha alqışlayırıq. Lakin avtodayanacaq sisteminin hazır ki yeni sistemini qurarkən bir məqamı yəni, əldə olunan vəsaitdən bələdiyyələrə aid olan vəsaitin ödənilməsini, AYNA rəsmiləri təəssüf  ki unudublar.

Bu arada diqqəti əldə etdiyimiz bir fakta çəkmək istərdim.

Yəni məsələ ilə bağlı problemlə üz-üzə qalan Nəsimi bələdiyyəsi müvafiq olaraq AYNA-ya müraciət etməli olub. Etiraf edim ki,  AYNA-nın sədr müavininin imzasıyla bələdiyyənin müraciətinə  məntiqə sığmayan cavab verilib. Yəni “Yol hərəkəti haqqında”  Qanuna istinad edən AYNA rəsmilərinin məktubu bu cümlə ilə bitir: “Dövlət avtomobil yollarında olan parklanma yerlərindən istifadəyə görə,  toplanılan vəsaitdən yerli (bələdiyyə) vergilərin ödənilməsi məqsəduyğun hesab edilimir.”

Beləliklə, AYNA rəsmiləri ölkəmizdə Ulu öndər Heydər Əliyevin yadığarlarından biri olan bələdiyyə sisteminin bir təmsilçisinin müraciətinə qanunvericilik qaydasında baxıb müvafiq olaraq nəzərdə tutulan vəsaiti  köçürmək əvəzinə onun köçürülməsini ümumilikdə məqsədəuyğun hesab etmir. AYNA-nın bu cavabı əslində qanuna müvafiqdirmi?

Qanunvericiliyin və normativ-hüquqi sənədlərə diqqət yetirək.        

7 dekabr 1999-cu il il tarixli Ulu öndər Heydər Əliyevin imzaladığı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun  yeddinci maddəsinin 1.6 bəndində “kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər” yerli büdcənin gəlirləri sırasına daxil edilib. Göründüyü kimi, mətndə aydın şəkildə “avtomobillərin dayanacaqları üçün rüsum”  yazılıb.

Ulu öndərin 27 dekabr 2001-ci il tarixdə imzaladığı  digər bir “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”  Qanunun doqquzuncu maddəsində qeyd edilir:

“Maddə 9. Yerli ödənişlərin tərkibi

9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir

Bu qanunlardan irəli gələrək  Dövlət Vergi Xidməti rəisinin  04 noyabr 2022-ci il tarixli əmriylə təqdiq edilmiş  “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanmasi, ödənilməsi və uçotu ilə bağli metodiki vəsait”in 6.5 bəndində konkret olaraq bu məsələyə konkret şəkildə aydınlıq gətirilir:

“6.5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla hər bir ödəyicidən tutulur və dayanacaqları təşkil edən şəxslər tərəfindən bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla müvafiq bələdiyyənin büdcəsinə ödənilir.”

Yəni maddədə aydın şəkildə yazılır ki, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqlarından daxıl olan ödənişlərdən bələdiyyə büdcəsinə vəsait ödənilməlidir. Konkret. Qanunun bu maddəsini başqa cür tövsif etmək, don geyindirmək, hansısa forma və məzmunda bəhanə gətirmək cənfəngiyyatdan başqa bir şey deyil.

Göründüyü kimi, hətta Dövlət Vergi Xidməti hazırladığı tövsiyə məktubunda da hər hansı şəkildə nə “Yol hərəkəti haqqında”,  nə dəki digər qanuna deyil bələdiyyələrə aid eidlən qanunlara istinad edilərək ödənişləri necə və hansı formada ödənilməsi aydın şəkildə göstərilir.  

Belə olan halda AYNA-nın rəsmiləri bu qanunlardan irəli gələn məqamları yerinə yetirmək əvəzinə onun tələbinin icra etməyi məqsədəuyğun hesab etməməsi başa düşülən deyil. Ən azı bu cavab bələdiyyə sistemimi tənzimləyən qanunlara hörmətsizlik anlamına gəlir. Adıçəkilən qurumlarda çalışanlar bələdiyyələrə dəstək vermək əvəzinə ona problem yaratmaları sadəcə anlaşılan deyil.    

Bu arada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin başqa bir qurumunun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəmiryol vağzalı ətrafında təşkil etdiyi avtodayanacaqlardan ödənişin etməməsi üçün gətirdiyi səbəb də   bəhanədən başqa bir şey deyil. Necə ola bilər ki, dəmiryol vağzalı ətrafında gündəlik dövriyyəsi kifayət qədər olan parkinq sistemi-dayanacaq yaradırsan, hər maşına görə saatı bir manat olmaq şərtiylə maliyyə vəsaiti alırsan, amma aldığın puldan 10 qəpik bələdiyyə büdcəsinə köçürməyə əlin gəlməyə. Ayıbdır vallah.

Beləliklə, bu gün mərkəzi icra orqanlarının əsas vəzifəsi həm də qanunların icrasını təmin etmək olmalıdır. Üstəlik, Ulu öndər Heydər Əliyevin imzaladığı qanunların əleyhinə getməyə isə bu qurum rəsmilərinin ümumiyyətlə mənəvi haqqı yoxdur.

Cənab məmurlar, nə qədərki gec deyil gəlin bir az düşünək və bələdiyyə sisteminin inkişafına öz töhfəmizi verməyi unutmayaq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər