Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2023 , 21:02

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Torpaqlar icarəyə verilərkən hansı şərtlərə əməl edilməlidir? Soruşun cavab verəkl? 

Sual 1: Torpaqlar icarəyə verilərkən hansı şərtlərə əməl edilməlidir?

Cavab 1: “Torpaq icarəsi haqqında”  Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:

·       ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;

·       torpaqların təyinatı üzrə istifadə edilməsi;

·       torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;

·       torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;

·       kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.

Sual 2: Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hansı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir?

Cavab 2: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları aşağıdakı hədlər daxilində müəyyən edilir:

·       fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək;

·       8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;

·       8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək;

·       8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə;

Sual 3: Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları hansılardır?

Cavab 3: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları aşağıdakılardır:

·       bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

·       öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

·       bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

·       qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;

·       altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

·       ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.

 Hazırladı:  Nicat İsmayılov

Gəncə Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024