Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2023 , 07:20

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan bələdiyyəsi : 9 ayın yekunları uğurlu oldu

Müsahibimiz Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur

Şirvan Bələdiyyəsində ilin 9 ayının yekunları müzakirə olundu Müzakirələrdə Bələdiyyə sədri Kürdoğlu Muradov cıxış edərək bildirdi ki  Şirvanın 60 illik yubileyi münasibəti ilə gedən quruculuq  - abadlıq işlərində Şirvan bələdiyyəsi də fəal iştirak edir

Aparılan təmizlik quruculuq yenidənqurma işlərində bizim də payımız var

Son günlər ölkə başcısının tövsiyə və tapşırıqları Bələdiyyə işçiləri ücün fəaliyyət proqramına çevrilib

Şəhərin ayrı ayrı yerlərində Şəhidlər xiyabanında nümunəvi məhəllələrdə dayanacaqlarda və digər əyləncə yerlərində təmir yenidənqurma bərpa və rəngləmə işləri görülüb

Bununla yanaşı Şirvan Bələdiyyəsinin qarşısəında duran əsas piroritet məsələ şəhid ailələri, qazilər və imkansız ailələrə maddi və mənəvi köməyin göstərilməsi olmuşdur. Belə ki, öz ənənəsinə sadiq qalaraq Bələdiyyənin xətti ilə bir çox imkansız ailələrə, şəhid ailələrinə, böyük vətən müharibəsi iştirakçılarına və digər imtiyazlı şəxslərə maddi köməklik göstərilmişdir. 6 ayda şəhərin M.Rəsulov küçəsində şəhid Məhəmməd Rəsulovun abidə kompleksi düzəldilmişdir.

Şəhərin T.İsmayılov küçəsi 11A və 15 saylı, M.Ə.Rəsulzadə küçəsi 17/1, 17/2 saylı, L-Nt İbrahimov küçəsi 14 saylı binaların həyətindəki, nümunəvi məhələlərdə salınmış parkların ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır.N.Nərimano küçəsində şəhid Həsənov İlqar İlham oğlunun yaşadığı binanın …

Şirvan Bələdiyyəsinə müraciət əsasında Yerli büdcədən maddi yardım və digər məqsədlər üçün vəsaitlər ayrılmışdır. I Qarabğ müharibəsi veteranı Eyvaz Yahya oğluna, I Qarabğ müharibəsi iştirakçısı II qrup əlil olan Aslanov Əli Zöhrab oğlunun həyat yoldaşı Aslanova Aygün Əşrəf qızına, 1-ci qrup gözdən əlil olan Əliyev Elçin Xanlar oğluna hər ay 50 (əlli)  manat olmaqla maddi köməklik edilir, şəhid ailəsi Əliyeva Sevda Mirzəağa qızına  maddi köməklik edilmiş,Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş Məmmədova Sevinc Eldar qızının yas mərasiminin keçirilməsi üçün qızı Məmmədova Həcər Nizami qızına , Babayev Namiq Namus oğluna, İsmayılov Bəxtiyar Qəhrəman oğlunun yas mərasimi üçün bacısı İsmayılova Aygün Qəhrəman qızına , Həsənaliye…

Həmçinin bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 8 (səkkiz) şəhər sakini müəyyənləşdirilmiş, onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, bunlardan 5 (beş) şəhər sakininin faktiki istifadəsində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini sənədləşdiriməsi yekunlaşdırılmış, 3 (üç) şəhər sakinin torpaq sahələrinə dair sənədləşdirmə işləri tərəfimizdən davam etdirilir. 

Görülmüş tədbirlərin və aparılmış qanuna müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışdır.

Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi torpaq sahələrinin münbitliyini, ekoloji şəraitinin yaxşılaşdırılması, onlar zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

Rasim Nəhmədov xüsusi olaraq Beleiyye.info üçün 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər