Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2023 , 00:06

5670

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bakıda “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbir təşkil edilib


Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə olunacaq qədər yüksəkdir. 

AZƏRTAC xəbər verir ki, bunu Bakıda Litva səfirliyinin təşkilatçılığı ilə keçirilən “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə Litvanın Druskininkay şəhərinin vitse-meri Linas Urmanaviçius deyib.

Oktyabrın 7-8-də Naftalanda keçirilən “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçısı olan Linas Urmanaviçius konfransla bağlı xoş xatirələrini də bölüşüb.

Litvanın kurort mərkəzlərinin nümayəndələrinin qatıldığı “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə bu ölkənin kurort imkanlarına dair videoçarx nümayiş olunub.

Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viktoras Dagilis ölkəsinin turizm imkanları barədə məlumat verib. O, hər il Azərbaycandan xeyli sayda turistin müalicə üçün Litvaya üz tutduğunu bildirib.

Daha sonra çıxış üçün söz Litva səfirliyinin müşaviri  Yustinas Bakunasa verilib. O, tədbir iştirakçılarına Litvanın təbiəti, eləcə də Vilnüs şəhəri barədə danışıb.

Tədbirdə “Druskininkay” kurortunun əsasən mədə-bağırsaq və tənəffüs xəstəliklərinin müalicəsi ilə məşhur olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, kurortun əsas təbii müalicəvi amilləri mineral sular və torf palçığıdır. Kurort bir vaxtlar dənizi qurudan ayıran zolağın keçdiyi yerdə yerləşir.

Druskininkay şəhər şurasının üzvü, "Draugstyle" sanatoriyasının sağlamlıq direktoru Arvidas Balcius isə Litvadakı tibbi reabilitasiya barədə məlumat verib.

Tədbirdə sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması yollarından da söz açılıb.

Qeyd edək ki, tədbirdə Litvanın Druskininkay şəhəri ilə qardaşlaşmış Bakının Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanovda iştirak edib.

Xatırladaq ki, bu qardaşlaşma 2019-cu ilin oktyabrında baş tutub. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
1112

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
1257

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
1068