Təmraz Tağıyev: “Sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırılıb ”
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
Bələdiyyə sədri: "Bu gün bələdiyyənin əsas məqsədi həyata keçirilən icrasını təmin etmək üçün vergilərin vaxtında yığılmasını təmin etməkdir"
Sumqayıtda bu küçələr asfaltlancaq - SİYAHI
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi
Günel Ağayeva: "Büdcə gəlirini ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək artıra bilmişik"
Kamandar Zeynalov: "Sakinlərin hər bir müraciətini diqqətdə saxlamağı ozümüzə borc bilirik"
Təsadüfün yaratdığı zəruriət...
Gərəkli olmağı bacaran insan
Bələdiyyə sədri: "Sakinləri kəndin təmizliyini qorumağa çağırır və bunu bir ənənəyə çevirmək arzusundayıq"
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Mərkəz Pirallahı bələdiyyəsiylə bağlı Apellyasiya şikayəti verib: “Sədr səlahiyyəti olmadığı halda təkbaşına icarə müqaviləsi imzalayıb”
Bu günlərdə Pirallahı bələdiyyəsinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə verilməsi barədə media səhifələrində məlumat yayılmışdı.
Məlumatda qeyd edilirdi ki, mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarət olan işə Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq.Məsələ ilə bağlı Belediyye.infonun əldə etdiyi məlumatda qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı (üçüncü şəxs: Məmmədov Seyfur Ələnur oğlu) bələdiyyənin 09.06.2022-ci il tarixli qərarı ləğv edilməklə, qanunsuz bağlanılmış icarə müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi vəzifəsinin bələdiyyənin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.
Appelyasiya şikayətində qeyd edilir ki, vətəndaş Aşur Məmmədovun torpaq mübahisəsi barədə müraciətinə baxılarkən müəyyən edilmişdir ki, Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış 30.11.2003-cü il tarixli 75 saylı icarə müqaviləsi əsasında 0.17 ha torpaq sahəsi vətəndaş Seyfur Məmmədova qanunsuz ayrılmışdır. Qeyd edilən icarə müqaviləsi həmin dövrdə bələdiyyə sədri olmuş Sadıx Əliyev tərəfindən səlahiyyəti olmadığı halda təkbaşına, yəni bələdiyyənin bu barədə kollegial iclas qərarı olmadan və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan verilmişdir.
Gürgən-Pirallahı bələdiyyəsinin 30.11.2003-cü il tarixli 75 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədi ilə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Pirallahı bələdiyyəsinə 06.06.2022-ci il tarixli M-929 saylı təklif məktubu göndərilmiş, lakin təklif bələdiyyənin 09.06.2022-ci il tarixli iclasında (11 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. Odur ki, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
Mərkəz hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı düzgün deyil. Belə ki, məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilsə də, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətinə malik deyil və belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsaslanaraq göstərilmişdir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Qeyd olunur ki, məhkəmə Gürgən-Pirallahı Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması ilə bağlı öz qərarını müəyyən şəkildə əsaslandırsa da, 0.17 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ təsdiq edilmədən müvafiq torpaq sahəsinin 30.11.2003-cü il tarixli 75 saylı icarə müqavilə əsasında Seyfur Məmmədovun icarəsinə verilməsi məsələsinə toxunmamış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd barədə məlumatlar məhkəmə qərarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
Həmçinin bildirilir ki, qeyd olunan torpaq sahəsinin vətəndaş Seyfur Məmmədovun icarəsinə ayrılması ilə bağlı məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə bələdiyyə iclasında müzakirə edilib-edilməməsi və əgər müzakirə edilməmişdirsə, səlahiyyəti olmadığı halda bələdiyyə sədrinin 30.11.2003-cü il tarixli 75 saylı müqaviləni imzalamasının hüquqi nəticəsi barədə məsələlərə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin tələblərinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində göstərilir ki, bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 6-ci maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Həmin Məcəllənin 68.1-2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
Beləliklə, Bələdiyyələrlə iş Mərkəzinin yuxarıda göstərilənlərə əsasən hazırlanan apelyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarının ləğv edilməsi xahiş olunur.
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
Seymur Rəsulov: "İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir "
Manaf Manafov: “Xalqımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə...."
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Mehmanxana ödənişlərinin 83 faizi paytaxt bələdiyyələrinin üzərinə düşür
Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
Təmraz Tağıyev: “Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir”
Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Rəylər
0 Rəy