Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-09-2023 , 15:26

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Bu gün ölkəmizdə formalaşan bələdiyyənin hər biri maliyyə imkanları çərçivəsində aztəminatlı ailələri narahat edən problemlərin həllini diqqət saxlamalıdırlar”


“Nərimanov bələdiyyəsi daim şəhid və qazi ailələriylə yanaşı, çoxuşaqlı və aztəminatlı ailələrin sosial məişət qayğılarını diqqət mərkəzində saxlayır”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirİb.   

Qeyd edək ki, bu günlərdə Nərimanov RİH-in başçısı Elgin Həbibullayevin təşəbbüsü ilə Nərimanov bələdiyyəsində doqquz uşaq anası Səbinə Bayramovanın ailə üzvləriylə görüş keçirilib. 

Görüşdə sədr bildirb ki, Nərimanov bələdiyyəsi mütəmadi olaraq bələdiyyə iclaslarında keçirilən müzakirələrdə şəhid,qazi və aztəminatlı ailələrin sosial-məişət qayğılarını diqqət mərkəzində saxlayır və maliyyə imkanları daxilində onlara dəstək göstərilir. 

Bələdiyyənin inzibati binasında keçirilən görüşdə ailənin məktəbyaşlı uşaqlarının hər birinə bələdiyyə tərəfindən alınan məktəbli geyim və ləvazimatları təqdim edilib.

Əlavə edək ki, doqquz uşaq anası Səbinə Bayramova bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin keçirdiyi səyyar görüşdə iştirakdan məmnun qaldıqlarını, aztəminatlı ailələrə  göstərilən qayğı və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bidlirib.

Təmraz Tağıyev açıqlamasında daha sonra bildirib ki, bu gün ölkəmizdə formalaşan 1606 bələdiyyənin hər biri maliyyə imkanları çərçivəsində aztəminatlı ailələri narahat edən problemlərin həllini diqqət saxlamalıdırlar.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Abşeronda yeni qəsəbə yaradıldı

Gündəlik Xəbərlər
06-04-2024

Şirvan Bələdiyyəsində tədbir keçirildi

Gündəlik Xəbərlər
03-04-2024