Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2023 , 18:15

3585

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təyyar İbadov: “Vergi-uçot sisteminin düzgün qurulması nəticəsində ötən illərlə müqayisədə büdcə gəlirlərimizdə artım hiss edilməkdədir”

“Bilgəh bələdiyyəsi olaraq əsas məqsədimiz ərazidə yaşayan şəhid, qazi və aztəminatlı ailələri diqqət mərkəzində saxlamaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Təyyar İbadov bildirib.   

Sədrin sözlərinə görə, cari ilin ilk altı ayı ərzində adıçəkilən qrupa aid olan ailələr üçün 7.550 manat maliyyə vəsaiti ayrılıb. Ümumilkdə isə altı ay ərzində Bilgəh bələdiyyəsinin 45.420 manat büdcə gəliri olub ki,  onun da 11.087 manatı torpaq vergisindən, 35.018 manatı isə əmlak vergisindən daxil olub.   Altı ay ərzində 126 manat qəbirstanlıq xidmətindən, 188 manat isə sanatoriya-kurort rüsumlarından daxil olub.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi büdcə gəlirlərini artırmağa çalışmaqdır.  Ərazidə çoxsaylı sənədsiz mənzillərin mövcudluğu büdcə gəlirlərimizə də ciddi şəkildə problem yaradır.

Vergi-uçot sisteminin düzgün qurulması nəticəsində ötən illərlə müqayisədə büdcə gəlirlərimizdə artım hiss edilməkdədir. Lakin bələdiyyənin kollektivi daha böyük uğurlara imza atmaq və ən əsası sakinlərin müraciətlərinə operativ cavab vermək üçün bütün qüvvələrini büdcə gəlirlərini artırmaq üçün ciddi şəkildə çalışırlar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər