Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2023 , 21:17

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Oğuz bələdiyyəsində görüş keçirib


“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin cari ilin iyul ayının birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən   “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində Oğuz bələdiyyəsinin sədri Arif  Cavadovla görüşü  baş tutub. Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən QHT-nin sədri məlumat verib.  

Bələdiyyənin inzibati binasında keçirilən görüşdə Oğuz bələdiyyəsinin fəaliyyətindən, əldə etdiyi uğurlardan və üzləşdikləri problemlərdən danışılmış, o cümlədən ətraf mühitin qorunmasında bələdiyyənin rolunun artırılmasından danışılmışdır.

Bələdiyyə sədri Arif Cavadov bələdiyyə-icra münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu və həyata keçirilən layihələrdən danışaraq, əldə edilən maliyyə vəsaitindən ətraf mühitin qorumasında bələdiyyənin də üzərinə düşən vəzifələrdən danışmışdır.

Layihə rəhbəri Vüqar Cəfərovun sözlərinə görə, ətraf mühitin qorunması istiqamətində bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinə ehtiyac vardır.

Görüşdə V.Cəfərov bələdiyyənin gələcək fəaliyyətində maliyyə imkanları artdıqca bu istiqamətə vəsaiti də artırılmalıdır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndilməsi,  həyata keçirilən layihələrin ictimailəşdirilməsində dəstək göstərilməsi qərara alnmışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiya sədri üçün özəl gün

Gündəlik Xəbərlər
15-02-2024

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024