Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2023 , 12:29

7852

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Rəhman Məmmədov: “Bələdiyyələrin büdcə gəlirlərinin artımı sakinlərin problemlərinin operativ həlli deməkdir”

“Bakı bələdiyyələri üzrə son iki ildə ümumi büdcə gəlirləri 5,3 milyon manat (58%) artaraq 2022-ci ilin yekunları üzrə 14 milyon manatdan çox, o cümlədən yerli vergilərdən daxil olmalar 4,5 milyon manat (73%) artaraq 11 milyon manata yaxın təşkil edib”- bu fikirləri  avqustun 31-də nazirliyin Bələdiyyələrlə İş Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrlərinin iştirakı ilə keçirilən seminar-müşavirədə mərkəzin rəisi Rəhman Məmmədov bildirib.

Mərkəz rəisi daha sonra qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2023-cü ilin I yarımili üzrə bələdiyyə büdcəsinin icrasına dair bülletenin göstəricilərinə görə, Bakı bələdiyyələrinin ümumi büdcə gəlirləri 15% artaraq 8,2 milyon manat, vergilərdən daxil olmalar isə 18% artaraq 5,7 milyon manat təşkil edib. Cari ilin birinci yarısında 33 bələdiyyənin büdcə gəlirlərində artım hiss olunsa da, 17 bələdiyyənin büdcə gəlirlərində geriləmə müşahidə olunub.  

Bakı bələdiyyələrinin Dövlət Sosial Müdafiə Fonduna olan borcun azaldılması istiqamətində ciddi işlər aparılmaqdadır. Hazırda bu borcun həcmi azaldırlaraq 750 min manat təşkil edir. Xocasən bələdiyyəsi 103 min manat DSMF borcunu il yarım ərzində bağlamağa nail olub. Binəqədi qəsəbə bələdiyyəsi də DSMF borcunu silməyi bacarıb. Digər bələdiyyələrdə bu istiqamətdə ciddi addım atmağa borcludur. 

Büdcə gəlirlərinin artmasında bələdiyyələrin Ədliyyə Nazirliyinin icra şöbələriylə əməkdaşlıq əlaqələrinin qurulmasından da çox  asılıdır. Mütəmadi olaraq bələdiyyə iclaslarında qəbul edilmiş inzibati aktların icra şöbələrinə təqdim edilməsi, prosesə nəzarətin edilməsi, borcun alınmasıyla yanaşı həm də vətəndaşlarla maarifləndirmə  işlərinin aparılması da diqqətdə saxlanımalıdır. 

Unutmaq olmaz ki, büdcə gəlirlərinin artımı ilk növbədə sakinlərin problemlərinin operativ həlli deməkdir. Odur ki, hər bir bələdiyyə sədri bu barədə ciddi düşünməli və ciddi addımlar atmalıdır. 

Seminarda Rəhman Məmmədov həmçinin bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə yerli büdcə gəlirlərinin artırılması, həmçinin dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəçiləri olan fiziki şəxslərin də vergi uçotuna götürülməsi, yerli vergilərin toplanması, büdcə vəsaitlərindən məqsədyönlü şəkildə istifadə olunması, bir sıra aktual məsələlərin təşkili sahəsində yol verilən nöqsanların aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı, o cümlədən son aylarda göndərilmiş "Pul tələbinə dair icraya yönəldilmiş inzibati aktların icrası zamanı tələbkar kimi bələdiyyələrin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinə dair", "Yerli vergi ödəyicilərinin uçota götürülməsində qanunvericiliyin tələblərinə əməl olunması barədə", "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəçiləri (istifadəçiləri) olan fiziki şəxslərin bələdiyyələrdə torpaq vergisi ödəyicisi kimi uçota alınması və vergilərin tutulmasının təmin edilməsi barədə” və digər tövsiyələrin diqqətdə saxlanılmasının zəruriliyini bələdiyyə sədrlərinin  nəzərinə çatdırıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1210

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1066

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
973

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1061

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1752

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1675

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
746

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1121