Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-08-2023 , 09:58

5329

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Azərpoçt" MMC:  "Yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir" 

Dünən Astara rayonu Homoşam bələdiyyəsinin sədrinin  "Azərpoct" MMC ilə  bağlı müraciətinə  müəssisədən operativ şəkildə cavab verilib. Cavabı olduğu kimi təqdim ediirk. 

"Astara Poçt Filialının bağlanması və həmin regionda yerləşən bələdiyyələrin hesablarının statusu ilə bağlı bildirək ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb. Həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür. Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da “Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür.

Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub.

Bir daha xatırladırıq ki, “Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini “Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik.

"Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsi"

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
771

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1457