Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2023 , 16:12

4367

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq görüşün əhəmiyyəti haqqında məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən birinin də dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etməkdən ibarət olduğunu vurğulayıb. O bildirib ki, Agentlik bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə geniş formatda müzakirələr aparmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək, çətinlikləri aradan qaldırmaq, təşəbbüsləri əlaqələndirmək məqsədilə müxtəlif platformalarda mütəmadi görüşlər keçirmək niyyətindədir.

Daha sonra KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış edərək ictimai iştirakçılıq və assosiasiyaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndirib. 

Görüşdə iştirak edən sahibkarlar tərəfindən gələcək əməkdaşlıq məsələləri, özəl sektorun qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətinin əhəmiyyəti, KOBİA və digər dövlət strukturlarının da iştirakı ilə bu formatda görüşlərin təşkilinin vacibliyi vurğulanıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
795

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1224