Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2023 , 22:40

5399

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Avropa Şurası ilə məhkəmə-hüquq sahəsində  səmərəli əməkdaşlıq davam edir

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.

Qonaqlarla görüşən ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edərək ötən ay Strasburqa səfəri zamanı “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının İkinci Əlavə Protokolunun imzalanmasını, Avropa Şurasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəhbərliyi ilə məhsuldar görüşlərini xatırladıb. 

Ötən il Avropa Şurasının Baş katibi ilə birgə təqdim olunmuş Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının artıq icrasına başlanıldığını bildirən nazir Plan çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyini vurğulayıb.

Ədliyyə və məhkəmə sahəsində səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub, nümayəndə heyətinin geniş tərkibdə nazirliyin rəhbərliyi və aidiyyəti məsul işçiləri ilə görüşündə məhkəmə-hüquq sistemində aparılan islahatlara və yeniliklərə dair ətraflı müzakirələr aparılıb.

Nazir müavini Azər Cəfərov dövlət başçısı İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı proqram xarakterli Fərman və Sərəncamının icrası üzrə görülən tədbirlərə toxunub, qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, hakimlərin ən şəffaf seçimi barədə məlumat verib. 

Avropa Şurasının ölkəmizlə səmərəli əməkdaşlıq etdiyini söyləyən X.Cakoumoulos Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemi ilə bağlı qərarlarının bu sahədə fəaliyyətin təkmilləşdirilməsində əhəmiyyətini qeyd edib, Avropada maraq kəsb edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirləri və elektron məhkəmə sisteminin tətbiqini təqdir edib, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının işində ölkəmizin töhfəsini vurğulayıb.

Söhbət zamanı birgə Fəaliyyət Planına uyğun həyata keçirilən layihə üzrə tədbirlərə toxunulub, Avropa Məhkəməsinin qərarlarının icrasında irəliləyişlər qeyd olunub. 

Azərbaycanın Vətən müharibəsində Böyük Qələbəsi ilə azad edilmiş torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının tamamilə dağıdılmış ərazilərimizin bərpasına və keçmiş məcburi köçkünlərin qayıdışına ciddi əngəl yaratdığı diqqətə çatdırılıb, bununla bağlı xüsusi broşür qonağa təqdim edilib.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
956
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1069

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1142

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1491

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1093

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1058

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1065

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
1142