Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2023 , 00:55

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi Biləsuvar rayonunun bələdiyyə üzvləri və qulluqçuları üçün seminar  keçirib


İmişli regional ədliyyə idarəsi tərəfindən Biləsuvar rayonu  üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün növbəti seminar-müşavirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi Ruslan İsmayılov bu ilin müasir və müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü olduğu vurğulanmış və bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edildiyini qeyd etmişdir. Daha sonra ulu Öndərin əziz xatirəsi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

İmişli regional ədliyyə idarəsinin əməkdaşları çıxış edərək dahi öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, o cümlədən demokratik hüquqi dövlət quruculuğunda və yerli özünüidarəetmə institutunun yaradılmasında Heydər Əliyevin xidmətlərindən bəhs etmişdir. Mövzu ətrafında tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.

Daha sonra seminar müşavirə davam etdirilmiş, idarənin əməkdaşları tərəfindən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətindəşəffaflığın artırlmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərkətsizlikləri”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilənin bağlanması və müqavilədən irəli gələn öhdəlikərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işləri ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədəəhəmiyyəti” barədə mövzular ətrafında çıxışlar edilmiş və  seminar müzakirələr şəklində davam etmişdir.

Sonda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

İmişli regional ədliyyə idarəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Gündəlik Xəbərlər
21-11-2023

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Gündəlik Xəbərlər
21-11-2023

Nazirlikdə ƏMƏLİYYAT: Direktor saxlanıldı

Gündəlik Xəbərlər
17-11-2023