Qəhrəmanlarımızla fəxr edirik!
Bələdiyyə sədri təltif edilib
Ədliyyə naziri Gədəbəydə vətəndaş qəbulu keçirəcək
İnternet informasiya ehtiyatlarının BAMS proqramının yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir
Sədr: "Bələdiyyə iclaslarında daim vətəndaş müraciətləri müzakirə edilərək, icrası barədə qərar verilir"
Bələdiyyələr həmçinin vətəndaş cəmiyyətinin inkişafında da vacib rol oynayır
Bələdiyyə sədri: "BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq"
Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Təmraz Tağıyev: "Bu gün bələdiyyə sistemi müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi yeri var"
Muxax bələdiyyəsi yeni bir layihənin icrasına başlayıb
Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərilir
Azərbaycanla
əməkdaşlığın genişləndirilməsinə maraq göstərilir
Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə
naziri Fikrət Məmmədov Honq-Konqda Beynəlxalq Antikorrupsiya Orqanları
Assosiasiyasının (IAACA) tədbirlərində iştirak edib, bir sıra rəsmilərlə görüşlər
keçirib.
Çinin Honq-Konq xüsusi inzibati
regionunun başçısı IAACA-nın rəhbər şəxsləri ilə görüşüb. Ölkəmizin ədliyyə
nazirinin iştirak etdiyi görüşdə Honq-Konqun rəhbəri Con Li korrupsiya qarşı qlobal
mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu sahədə Assosiasiyanın rolunu
yüksək qiymətləndirib, təşkilatın fəaliyyətinə dəstəyini ifadə edib.
IAACA-nın vitse-prezidenti kimi respublikamızın
ədliyyə naziri çıxış edərək Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyəsini,
ikitərəfli münasibətlərin möhkəmlənməsində dövlət rəhbərlərinin xüsusi rolunu vurğulayıb,
beynəlxalq antikorrupsiya mübarizəsində mühüm
rol oynayan Assosiasiyanın işində ölkələrimizin töhfəsini qeyd edib. Honq-Konqun
rəhbəri Çində “bir ölkə, iki sistem” prinsipinin tətbiq olunduğunu bildirib, habelə
Azərbaycanla daha sıx əməkdaşlığa maraq göstərib.
F.Məmmədov Honq-Konqda ədliyyə naziri Pol
Lam ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluq
ifadə edilib, səmərəli hüquqi əlaqələr qeyd edilib, hər iki ölkənin ədliyyə və
məhkəmə sistemi barədə faydalı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan
islahatlar və yeniliklər maraqla qarşılanıb.
Nazir P.Lam rəhbərlik etdiyi qurumun fəaliyyəti
barədə məlumat verib, hüquqi yardım və ekstradisiya məsələlərinə toxunaraq ölkəmizlə
hüquqi əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətini ifadə edib. O, həmçinin
Azərbaycanın IAACA-ya mühüm töhfəsini təqdir edib.
Səfər çərçivəsində Honq-Konqun
Korrupsiyaya qarşı Müstəqil Komissiyasının sədri Deni Vu ilə görüş keçirilərək həm
IAACA çərçivəsində, həm də ikitərəfli səviyyədə səmərəli əməkdaşlıqdan
danışılıb. Nazir ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya
qarşı sərt mübarizə aparıldığını, Azərbaycan brendi olan və BMT tərəfindən dünyanın
ən qabaqcıl dövlət xidməti kimi qiymətləndirilən "ASAN xidmət"in vətəndaş
məmnunluğu doğuran fəaliyyətini qeyd edib.
Komissiyanın sədri Azərbaycanla əməkdaşlıqda
maraqlı olduğu vurğulayıb, Honq-Konqda beynəlxalq antikorrupsiya akademiyasının
yaradılması təşəbbüsünü irəli sürdüyünü bildirərək bu məsələdə dəstək göstərilməsi
ilə bağlı müraciət edib, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Eyni zamanda, Honq-Konqun yüksək məhkəməsinin
sədri ilə görüş keçirilərək hər iki ölkədə məhkəmə sistemi barədə qarşılıqlı məlumat
verilib. Bu sahədə mühüm nailiyyətləri olan Azərbaycanın məhkəmə-hüquq sistemində
aparılan islahatlara və yeniliklərə, o cümlədən yüksək texnoloji müasir məhkəmə
infrastrukturuna, “Elektron məhkəmə” sisteminin tətbiqinə, hakimlərin Avropada
örnək kimi dəyərləndirilən ən şəffaf seçim proseduruna böyük maraq göstərilib.
Həmçinin, məhkəməyə baş çəkilərək səhnələşdirilmiş
məhkəmə təşkil olunub və tətbiq olunan İT imkanları nümayiş etdirilib, təcrübə
mübadiləsi aparılıb.
Tədbirlərdə IAACA-nın prezidenti Saymon
Peh iştirak edib.
Keçirilən bütün görüşlərdə həmsöhbətlərin diqqəti Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad edilərək sürətli bərpasına, ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanması faktına cəlb edilib, bununla bağlı hazırlanmış xüsusi broşür təqdim olunub.
Ədliyyə Nazirliyinin Mətbuat xidməti
Rəylər
0 Rəy