Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2026 , 19:31

58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

    Daşkənddə Azərbaycan fırtınası : “Baku Flames” gümüş medal qazandı                   

 

 Bakının “Baku Flames”hokkey komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Tashkent Hockey Cup 2026” turnirində gümüş medallar qazanıb.

Özbəkistanın ev sahibliyi etdiyi beynəlxalq turinir 2-3 may tarixlərində keçirilib. Turnir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək regionda hokkeyin inkişafı üçün mühüm platforma olub.

Turnirdə iştirak edən əsas komandalar bunlardır: Baku Flames (Bakı, Azərbaycan), Tashkent Capitals (Daşkənd, Özbəkistan), Sherdor (Səmərqənd, Özbəkistan), Galaxy Knights (Dubay, BƏƏ).

2023-cü ildə təsis olunmuş həvəskar “Baku Flames” hokkey  komandası turnirdə Azərbaycanı layiqincə təmsil edərək yüksək hazırlıq səviyyəsi, komanda ruhu və qələbə əzmi nümayiş etdirib. Gərgin və rəqabətli mübarizə nəticəsində komanda ikinci yeri tutaraq gümüş medallara sahib olub. Final oyununun qalibi isə Özbəkistanın “Tashkent Capitals” komandası  olub.

“Baku Flames” komandasının əsas məqsədləri Azərbaycanda hokkeyin populyarlaşdırılması, həmçinin uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təşviqidir. Turnir ərzində oyunçular keyfiyyətli və baxımlı hokkey nümayiş etdirərək güclü rəqiblərə qarşı inamla mübarizə aparıblar. Beynəlxalq səviyyədə keçirilən yarışda komandanın iştirak edərək gümüş medala layiq görülməsi komandanın inkişafını və qarşıya qoyduğu əsas məqsədə qısa müddət ərzində layiq olmasını bir daha təsdiqləyib.

Bu cür turnirlərdə iştirak Azərbaycanın hokkeyinin inkişafında mühüm rol oynayaraq komandaya təcrübə toplamağa, ustalığını artırmağa və beynəlxalq hokkey mühitində mövqelərini gücləndirməyə imkan verir.Baku Flames həmçinin fəaliyyətində gələcəkdə bir çox beynalxalq turnirlərdə iştirak edərək çempionluğa yüksəlməyi, vətənə qızıl medallarla geri dönməyi hədəfləyib. “Baku Flames” komandasının bütün heyyətini bu möhtəşəm qələbə münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!



Rəylər

0 Rəy


Rəy yaz