Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-07-2025 , 21:41

1404

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xızı RİH-də yarpaq tökümü davam edir, vakant yerlərin sayı yeddiyə çatdı

Xəbər verdiyimiz kimi, Xızı RİH-də “yarpaq tökümü” davam edir. Bununla bağlı bir neçə gün əvvəl xəbər vermişdik. Bizə növbəti şöbə müdirinin işdən azad ediləcəyi deyilsə də, əksinə bu dəfə şöbə müdiri deyil, icra başçısnın birbaşa köməkçisi Ayxan Mirzəyev müvafiq əmrlə  işdən azad edilib. Köməkçinin hansı səbəbdən işdən azad edildiyi deyilməsə də, ancaq bununla da Xızı RİH-də vakant  yerlərin sayı yeddi çatıb. Bu barədə məlumat Xızı RİH-in internet resursunda da öz təsdiqini tapıb.

Qeyd edək ki, hazırda Xızı rayonunda Xızı RİH Başçısının 12 nümayəndəliyinin  altısında nümayəndə, üçündə nümayəndənin müavini,  üçündə isə  baş mühasib vəzifəsi boşdur.  Ən maraqlı məqam ondadır ki, Findığan nümayəndəyində bütün vəzifələr vakantdır. İcra hakimiyyətində isə bir başçının müavini (RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri), üç şöbə müdiri (Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq və Memarlıq və tikinti şöbəsi) vəzifəsi resursda vakant göstərilib.

 Yeddi şöbədən üçünün müdiri vakant göstərilməklə yanaşı, həm də hüquq, memarlıq və tikinti şöbəsindəki digər vəzifələrdə boş göstərilib.

 Beləliklə, RİH-də ümumi vakant yerlərin sayı artıq yeddiyə, nümayəndəliklərdə isə 12 çatıb.

Numayəndəliklə bağlı siyahını bir daha  təqdim edirik:

 Xızı RİHB-nın Qarabulaq kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı RİHB-nın Ağdərə kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini,

 Xızı RİHB-nın Yeni Yaşma kənd İƏD üzrə nümayəndəlik baş məsləhətçi-baş mühasib,

 Xızı RİHB-nın Qasımkənd kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini, baş məsləhətçi-baş mühasib,

 Xızı RİHB-nın Fındığan kənd İƏD üzrə nümayəndəlik nümayəndə, nümayəndə müavini Baş məsləhətçi-baş mühasib,

 Xızı RİHB-nın Tıxlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı RİHB-nın Baxışlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı RİHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı RİHB-nın Altıağac qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə.

 Maraqlıdır, bu qədər vəzifəni boş saxlamaqda məqsəd nədir?

 Və belə bir vəziyyətdə idarəçilik necə qurulub.

 (Rayonlar üzrə təhlillərimiz davam edir...)

 Belediyye.info

  

Rəylər

0 Rəy


Rəy yaz