Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-11-2023 , 17:45

Son xəbərlər

Bütün xəbərlər

Xocasən bələdiyyəsi hesabat verir

Bələdiyyə Hesabatları
23-04-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Ulu öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramını qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq

Azərbaycan ədliyyəsinin yaranması Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cumhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.  Həmin il noyabrın 22-də nazirliyin əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.

Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə cumhuriyyətin süqutundan sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir.

Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Ədliyyə Nazirliyi sisteminin yeni qanunvericiliyə uyğunlaşdırılmasına, burada yeni iş üsulu və vəsaitlərinin təkmilləşdirilməsinə, ədliyyə fəaliyyətinin müasir qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişikliklərinin aparılmasına, yeni qurumların yaradılmasına, onların işinin təşkili üzrə zəruri tədbirlər görülməsinə böyük əhəmiyyət verildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılmasına diqqət artırıldı. Ulu Öndər 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Xalq Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunduğu gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilməsi də məhz bunun bariz ifadəsi idi. 

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə vəzifələr həvalə edilmiş, strukturu təkminləşdirilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılmışdır. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunmuş, bir çox nailiyyətlər əldə edilmişdir. Ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlət başçısının 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ədliyyə Naziri cənab Fikrət Məmmədov ölkənin ədliyyə, məhkəmə sisteminin təkminləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhvəsini vermişdir. 

“Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçidlə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli Fərmanının tələbləri ədliyyə sahəsində uğurla tətbiq olunaraq xidmətlərin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi cənab Fikrət Məmmədovun rəhbərliyi ilə ədliyyə sahəsində elektron xidmətlərin tətbiqi siyasətinin prioritetlərindən birinə çevrilərək bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan və müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni  “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə sahəsinə göstərdiyi hərtərəfli qayğı bizi daim məsuliyyətlə işləməyə həvəsləndirir. Bu sahədə çevik idarə etmənin təmin edilməsində, şəffaflığın artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm verilməsi bu gün ədliyyə işçilərinin məsuliyyətini daha da artırmışdır. Bu il Ədliyyə Nazirliyinin 105 illiyi Respublikamız və xalqımız üçün əlamətdar dövürdə müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycan Respublikasının bütün ərazisində qeyd olunması ədliyyə işçisi olaraq bizlərə xüsusi qürür yaşadır.

Sahil Rzayev  

 Ədliyyə Nazirliyinin  Bərdə Regional Ədliyyə İdarəsinin məsləhətçisi, 

II dərəcəli ədliyyə qulluqçusu 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023