Əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına hər bir üzv öz töhfəsini verməyə borcludur
Əsası Ulu öndər
tərəfindən qoyulan bələdiyyə sisteminin
inkişafına hər bir üzv öz töhfəsini verməyə borcludur
Məlum olduğu
kimi, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu gün dahi
şəxsiyyətin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində dərin minnətdarlıq
hissi ilə geniş şəkildə qeyd olunur.
Azərbaycan
üçün yerli özünüidarəetmənin yaradılması prosesi Ulu öndərin müəllifi
olduğu müstəqil Azərbaycanın ilk
Konstitusiyasında bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin
təsis edilməsi ilə başlanılıb. Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati
tədbirlər görülüb, 1999-cu ildə Azərbaycanın tarixində demokratik əsaslarla ilk
dəfə bələdiyyə seçkiləri keçirilib və yerli özünüidarəetmə sistemi formalaşıb.
Hazırda Azərbaycanda
bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli
fəaliyyəti üçün hər cür imkan və şərait yaradılmışdır.
Ümummilli
lider çıxışlarının birində qeyd edirdi: “Bələdiyyələr Azərbaycanda apardığımız
demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük
bir mərhələsi olacaq”.
Göründüyü
kimi, dahi lider ilk bələdiyyə seçkiləri ərəfəsində həm etdiyi çıxışlarında, həm
də həmin dövrdə keçirdiyi görüşlərdə
söylədiyi fikirlərlə bir tərəfdən bələdiyyə qanunvericiliyinin əsas istiqamətlərini
müəyyən etmiş, digər tərəfdən yerli orqanların qarşılaşacağı məqamları və
inkişaf istiqamətlərini müəyyən etmişdir.
***
Ölkə bələdiyyələri kimi Xəzər rayonu Buzovna
bələdiyyəsi də artıq 23 ildir ki qəsəbə
sakinlərinin sosial-rifahı naminə bir çox işlərin, geniş məzmunlu layihələrin
həyata keçirilməsində yaxından iştirak etməkdədir. Bu
illər ərzində yerli özünüidarəetmə orqanları da özünəməxsus inkişaf yolu
keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial,
iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların
reallaşmasında mühüm rol oynamışlar.
Bu gün əsası
Ulu öndər tərəfindən qoyulan yerli özünüidarəetmə sisteminin inkişafına hər bir
bələdiyyə üzvü və qulluqçusu öz töhfəsini
verməyə borcludur. Hər bir ölkə bələdiyyəsi
kimi, Buzovna bələdiyyəsi də bu proseslərdə yaxından iştirak etməklə yaxşı
nümunə olub.
Odur ki, cari
ilin əvvəlində Ulu öndərin yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsi xüsusi
proqramın detallarını bələdiyyə iclasında müzakirə edərək təsdiq edib. Hazırda Buzovna
bələdiyyəsi təsdiq etdiyi xüsusi proqrama uyğun olaraq qəsəbə ərazisində
çoxsaylı layihələri icra etməkdədir.
Heydər Əliyev
ilində fəaliyyətimizin əsas məqsədi ilk növbədə şəhid və qazi ailələrinə
maddi və mənəvi dəstəyin göstərilməsi təşkil
edir. Mütəmadi olaraq bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla
keçirilən görüşlərdə şəhid və qazi ailələrinin problemləri dinlənilir, həlli
istiqamətində addımlar atılır.
Bu günədək Vətən müharibəsi veteranlarının və şəhid
ailələrinin çoxsaylı müraciətləri bələdiyyə tərəfindən həll edilib, həmçinin Vətənimizin
azadlığı və ərazi bütüövlüyünün qorunmasında şəhid olan qəsəbə sakinlərinin əziz
xatirəsinin əbədiləşdirilməsi məqsədilə monumental abidə ucaldılmışdır. Bununla
yanaşı bu qrupa aid sakinlərimizin yaşadıqları küçələrin abadlaşdırılması da bələdiyyədə tərəfindən daim diqqətdə
saxlanılmaqdadır. Cari ildə bununla bağlı bir neçə ünvanda diqqətiçəkən layihələr
icra edilmişdir.
Onu da əlavə
etməliyəm ki, yubiley ilində vətəndaş müraciətlərinə əsasən bələdiyyəmiz artıq
iki irihəcmli layihəni başa çatdırıb. Bu
günlərdə qəsəbənin Mirzağa Əliyev küçəsinin
bir hissəsində aparılan asfalt işlərinə isə yekun vurulub. Bu layihəni icra etməklə ərazidə yaşayan 50-dən artıq ailəsinin gediş
gəlişində rahatlığı təmin etmiş olduq.
Buzovna bələdiyyəsi
olaraq ölkə başçısı İlham Əliyevin daim
tələb etdiyi kimi, xalqın xidmətiçi olaraq vətəndaş məmnunluğunu təmin etmək
üçün daim var qüvvəmizlə çalışırıq.
Sakinlərimizin
qarşılaşdıqığı problemlərin həllində, habelə onların sosial-rifah halının yaxşılaşdırılmasında
bələdiyyə olaraq öz töfhəmizi vermək üçün büdcə vəsaitilərini artırmağa
çalışırıq. Bələdiyyənin vergi xidmətinin əməkdaşları mütəmadi olaraq sakinlərlə
maarifləndirici söhbətlər aparır və bələdiyyənin gördyü işlər barəsində məlumat verirlər. Məhz atılan addımların sayəsində bələdiyyənin
büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisdə 20 faizlik artım
müşahidə olunub. Bu gün hər bir qəsəbə sakini bilir ki, bələdiyənin əldə etdiyi
maliyyə vəsaitini hər bir manatı qəsəbənin inkişafına yönəldilir.
Bu gün qəsəbənin
küçə və parklarında səliqə-səhman yaradılmasında bələdiyyənin də xüsusi yeri
vardır. Bununla yanaşı şəhid və qazi ailələriylə
yanaşı, aztəminatlı ailələrə də qayğı və diqqətin göstərilməsini bələdiyyəmiz
unutmur. Hər bayram günlərində bu qrupa aid ailələrlə ərzaq yardımının göstərilməsi bələdiyyənin həyata
keçirdyi sosial layihələrin əsas hissəsini təşkil edir.
***
Azərbaycan xalqı bütün həyatını qüdrətli Azərbaycan
dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ümummilli Liderin əziz xatirəsini
bundan sonra da daim uca tutacaq və ehtiramla yad edəcəkdir. Əminik ki, Ulu Öndərin
adı ilə bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı, bələdiyyələrin
fəaliyyətində səmərəliliyin artırılması sahəsində bizdə Buzovna bələdiyyəsi
olaraq diqqətəlayiq uğurlar əldə edəcəyik.
Bu gün Ulu
öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsinin
bütün üzvləri və kollektivi təsdiq edilmiş proqrama uyğun olaraq həyata keçiriləcək layihələri yüksək səviyyədə icra
etməklə yubiley ilinə öz töhfəsini bundan
sonra da layiqincə vermiş
olacaqdır.
Mətləb
Əliyev
Xəzər
rayonu Buzovna bələdiyyəsinin sədri
Rəylər
0 Rəy