Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2024 , 17:00

487

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Torpaq vergisinin yığımında on dəfəyədək artım olub”

“Şüvəlan bələdiyyəsi sakinlərin sosial rifah halının təmin edilməsi üçün var qüvvəsi ilə çalışır” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.

Sədr bildirib ki, bu gün  Prezident İlham Əliyevin qüdrətli dövlət və sosial rifah cəmiyyətinin qurulması istiqamətində strateji inkişaf kursu uğurla reallaşmaqdadır. Bu prosesin bütün əlamətlərini həssaslıqla müəyyən edən dövlət başçısı hər bir dövlət orqanının vəzifələrini, o cümlədən, onların həyata keçirməli olduqları proqramları və digər məsələləri dəqiqliklə müəyyənləşdirmişdir. Təbii ki, strateji proqramlarda müxtəlif dövlət qurumları ilə yanaşı bələdiyyələrində üzərinə mühüm vəzifələr düşür.  Məhz bu  vəzifələrin öhdəsindən layiqincə gəlinməsi maliyyə vəsaiti tələb edir.

Odur ki, cari ilin əvəvlində bələdiyyənin vergi xidməti bu məqsədə doğru ciddi addımlar atmaqdadır. Və bu gün xüsusi ilə qeyd edilməlidir ki,  büdcə daxilolmalarının artmasında BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsinin mühüm rolu olub. 

Sədrin sözlərinə görə, vergi xidmətinin fəaliyyəti sayəsində cari ilin müvafiq dövründə büdcə gəlirlərimiz müəyyən aylarda dəfələrlə artım müşahidə olunub. 2023-cu il oktyabr ayı üzrə yığım 6.910 manat olmuşdusa, cari ilin oktyabr ayında  bu rəqəm 10.700  manata çatıb. 2023-cü ildə əldə olunan vəsaitin 6.242 manatı əmlak vergsindən, cəmi  668 manatı isə torpaq vergisindən əldə olmuşdusa, cari ildə əmlak vergisinin yığımında oktyabr ayı üzrə cüzi azalma hiss edilsə də, torpaq vergisinin həcmində on dəfəyədək artım olub. Yəni bir ay ərzindıə bələdiyyə büdcəsinə  5.500 manat maliyyə vəsiti daxil olub. 

Göründüyü kimi, əldə etdiyimiz maliyyə vəsaiti əsasən iki istiqamətdən- əmlak və  torpaq vergisindən olub. 

Cari ildə büdcə gəlirlərinin həcminin ümumilikdə 30 faizdən artıq olacağına inanırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər