Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2024 , 11:20

683

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qalib xalq kimi əbədi yaşayacaq

"8 noyabr – Zəfər Günü  tarixi bir gün, həm də xalqımızın “Zəfər salnaməsi”dir"- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədr bildirib ki,  Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan Şanlı Zəfəri xalqımıza bəxş edən və şəhidlik zirvələri ilə gələcək nəsillərə örnək olan şəhidlərimizin əziz xatirəsi Vətənizmin hər bir güşəsində, o cümlədən Buzovna qəsəbəsində  dərin ehtiramla yad edilir.

Tarixi Zəfərin qazanılması ilə Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil və müasir Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi.

Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi.

Bundan sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qalib xalq kimi əbədi yaşayacaq.

Bu qalibiyyəti xalqımıza yaşadan şəhid və qazi ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir. Görülən işlərə, biz də, Buzovna bələdiyyəsi olaraq öz töhfəmizİ verməli və fəaliyyətimizlə, həyata keçirdiyimiz layihələrlə dəstək verməliyik.

Bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 37  qazi və şəhid ailəsinin hər birinin ailəsi mütəmadi olaraq bələdiyyə sədrinin, üzv və qulluqçularının iştirakı ilə ziyarət edilir, onların müraciətlərinə operativ baxılması təmin edilir.

Sədr xüsusi olaraq qeyd edib ki, Buzovna bələdiyyəsinin qəsəbə ərazisindəki bəzi küçələrə asfalt salınmasında məhz şəhid və qazi ailələrinin təklif və tövsiyələri nəzərə alınıb.

Xəzər RİH-in təşəbbüsü ilə həyata keçirilən və  şəhidlərin əziz xatirəsinə həsr olunmuş  “Abidə kompleksi”nin açılışı da bələdiyyənin təsdiq etdiyi proqramda nəzərdə tutulan layihələrdəndir. Proqrama uyğun olaraq mütəmadi olaraq Buzovna bələdiyyəsinin nümayəndələri tərəfindən ərazidə yaşayan 12 şəhid və 25 qazinin ailəsinə bələdiyyə öz qağı və diqqətini əsirgəmir.

Mətləb Əliyev sonda bildirib ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər