Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-10-2024 , 09:15

1010

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Xətai rayonunda həyata keçirilən genişmiqyaslı layihələrə Əhmədli bələdiyyəsi də maliyyə çətinliklərinə baxmayaraq öz töhfəsini verməyə çalışır”

Xətai RİH-in təşəbbüsü ilə Əhmədli bələdiyyəsi şəhid adının əbədiləşdirilməsini daim diqqətdə saxlayır. Məlumdur ki, Xətai RİH-in başçısı Rafiq Quluyevin şəxsi təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində Vətən uğrunda şəhid olmuş onlarca rayon sakininin xatirəsinə  abidələr ucaldılıb, parklar salınıb, barelyeflər quraşdırılıb”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli bildirib.

Sədrin sözlərinə görə, bu qurumların Xətai rayonunda həyata keçirdiyi genişmiqyaslı işlərə Əhmədli bələdiyyəsi də maliyyə çətinliklərə baxmayaraq öz töhfəsini verməyə çalışır. Məhz bu məqsədlə qəsəbənin Şahin Səmədov küçəsində Xətai RİH-in təşəbbüsü ilə Vətən müharibəsi  şəhidi  Şahid Əkbərovun xatirəsinə abidə kompleksi açılışa hazırlanır.

Artıq ərazidə son tamamlama işləri gedir. Bu layihənin icrasında Xətai bələdiyyəsi də həmişə olduğu kimi öz töhfəsini verməkdədir.

Bələdiyyənin maliyyə gəlirlərinə toxunan sədr bildirib ki, son iki ilə yaxın bir müddətdə əsas vəzifəmiz büdcə gəlirlərini artırmaqla bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış DSMF və digər borcların bağlanması olub. Bu müddət ərzində bələdiyyənin 75 min manata yaxın DSMF borcunu bağlamağa nail olmuşuq. O cümlədən icbari sığorta və işsizliyə gorə ötən illərdən yığılıb qalmış 20 min manatdan  artıq borcda bağlanıb. Hazırda bələdiyyənin DSMF borcunu həcmini  10 min manatadək azalda bilmişik.

Onu da etiraf edək, fəaliyyətimizdə hər zaman Xətai RİH-in və Bələdiyyələrlə iş Baş idarəsinin  dəstəyini hiss edirik. Sözsüz ki, fəaliyyətimizdə Xətai bələdiyyəsinin qabaqcıl təcrübəsindən də yararlanırıq.

Əsas məqsədimiz büdcə gəlirlərimizi artırmaqla sakinlərin müraciətlərinə vaxtında reaksiya verməkdir.    

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər