Təmraz Tağıyev: “”20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə” bağlı Prezident Sərəncamı zəruriətdən doğan tarixi bir qərardır”
“Ötən
ilin bu günündə Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların
qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah
edilərək ərazilərimizdən çıxarılması, bu ərazilərdə Azərbaycanın konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə keçirilən antiterror əməliyyatı artıq
yekunlaşmışdı. Yüksək dəqiqliklə həyata
keçirilən və cəmi 23 saat davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan
Ordusu qarşısına qoyulan vəzifələri uğurla və yüksək peşəkarlıqla yerinə yetirdi. Nəticə
etibariylə, növbəti parlaq Qələbə sayəsində
Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Beləliklə,
Azərbaycan Prezidentinin “20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi
ilə” bağlı Sərəncam imzalaması zəruriətdən doğan tarixi bir qərardır”- bu
fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin
sözlərinə görə, Azərbaycan bu parlaq qələbənin öz liderinin, Ali Baş komandan cənab
İlham Əliyevin ətrafında “Dəmir yumruq” tək
sıx birləşərək nail oldu. Cənab
İlham Əliyev özünün mükəmməl qərarlarıyla tarix yazdı, bununla da Ümummilli
lider Heydər Əliyevin arzularını da gerçəkləşdirmiş oldu.
Müstəqilliyə
qədəm qoyduğumuz bir vaxtda ciddi çətinliklərlə üz-üzə qalsaq da, bir milyondan
artıq məcbur koçkünümüz olsa da, qeyri-bərabər döyüşlərdə minlərcə itki verməklə
ərazimizin iyirmi faizini itirsək də heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik
əzmini sarsıda bilmədi. Xalqımız bu gün
öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin
qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın həm də
milli sərvətidir.
Odur
ki, ilk dəfə ürək açıqlığı ilə qeyd etdiyimiz Dövlət Suverenliyi günümüz mubarək
olsun.
Belediyye.info
Rəylər
0 Rəy