Təmraz Tağyev: “Qursalı sakini kimi səbirsizliklə kəndimə qayıdacağım günü gözləyirəm”
“Ermənistan bir dövlət olaraq özünü həm də barbar qonşu kimi tanıdıb”- bu fikirləri “Qərbi Azərbaycan” İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev bildirib.
Təşkilat sədri qeyd edib ki, Ermənistan Azərbaycanın iyirmi faizlik ərazisini işğal etməzdən əvvəl, 1988-ci ildə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıları ölkəsindən didərgin saldı. Bununla ürəyi soyumayan erməni millətçiləri Azərbaycan əhalisinin yaşadıqları ərazilərdə maddi-mədəni irs nümunələrini dağıdaraq coğrafi məkanda izlərini silməyə çalışdılar. Bununla da dayanmadılar. Otuz altı il ərzində Ermənistan tərəfindən bu torpaqlardakı xalqımıza aid mədəni abidələri, məscidləri və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılaraq öz məqsədləri üçün istifadə ediblər.
Təmraz Tağıyev daha sonra qeyd edib: “Ermənilərin bu soyğunçuluq siyasəti kəndimizdən də yan keçməyib. 500-dən artıq evi olan Qursalı kəndində 1988-ci ilin zəlzələ vaxtı çatlamış məscidi ümumiyyətlə dağıdıblar. Hadisələr zamanı qədim Qursalı kənd qəbirstanlığı da dağıdılmış, qəbirstanlıqldakı mərmərdən düzəldilmiş onlarca məzar daşlarının hər biri sökülərək qəbirstanlıqdan daşınmış, ərazidə olan dəmir məhəccərlər belə sökülərək ərazidən aparılmışdır.
Təəssüf ki, bu faktları etiraf etmək əvəzinə bəzi erməni bloggerlər guya Qursalı kənd qəbirstanlığında hər hansı dağıntı olmadığını, ermənilərin guya “humanistlik numayiş etdirərək” qəbirstanlıqda heç nəyə belə əl atmadğını desələrdə, özləri çəkdikləri süjetlərlə özlərini ifşa ediblər. Qəbirstanlığı dağıdasan, məzar daşlarını daşıyıb aparasan, sonda da həyasızcasına özünü heç nə olmamış kimi göstərəsən. Bunu yalnız barbar qonçularımız edə bilərdi və etdilərdə.
Beləlikllə, erməni blogger öz çəkdiyi süjetlə həmdə erməni faşizmini daha bir faktla təsdiq edib. Biz otuz altı il müddətində heç nəyi unutmamışıq, heç unutmarıqda. Hər bir Qursalı kimi mən də səbirsizliklə kəndimə qayıdacağım günü gözləyirəm. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu arzumuzda gerçəkləşəcək.”
Belediyye.info
Rəylər
0 Rəy