Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-01-2024 , 12:29

1696

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Sənədsiz mənzillərin sənədləşdirilməsinin sürətləndirilməsi və prosesin bir pəncərə sistemi  ilə həyata keçirilməsi həm  də vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir”


“2023-cü il ərzində vergi xidməti müfəttişlərinin fəaliyyəti sayəsində bələdiyyənin büdcə gəliri 20 faizədək artıb”- bu fikirləri Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə, büdcə gəlirlərinin artımında həm yenilənmiş BAMS proqramının, həm də  ədliyyə Nazirliyinin Binəqədi rayon icra şöbəsinin də müəyyən dəstəyi olub.

Yenilənmiş BAMS proqramı bələdiyyələrin büdcə gəlirlərinin artımına əsaslı dönüş yaradacağına inanırıq.

Belə ki, ötən 2022-cillə müqayisədə icra şöbəsindən daxil olan ödənişlərin həcmi 32 % artıq olub.

Büdcənin əsas gəliri isə əvvəlki illərdə olduğu kimi, əmlak və torpaq vergisi, eyni zamanda mehmanxana və dayanacaq rüsumlarından daxil olan ödənişlər təşkil edib.

Ərazimizdə kifayət qədər sənədsiz əmlakın olması, bu əmlakın sənədləşdirilməsində mövcud olan bürokratik amillər bələdiyyənin büdcə gəlirlərinə də mənfi təsir göstərməkdədir. Sənədsiz mənzillərin sənədləşdirilməsinin sürətləndirilməsi və prosesin bir pəncərə sistemi  ilə həyata keçirilməsi həm  də vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir.  

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər