Səbail bələdiyyəsi daha bir layihəyə yekun vurub
Səbail bələdiyyəsi daha bir layihəyə yekun vurub. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, Səbail bələdiyyəsi iclasın qərarıyla N.Rəfibəyli küçəsi 8 ünvanında yerləşən 189-190 nömrəli tam orta məktəbin idman meydançasında abadlıq işləri həyata keçirilib. Layihə çərçivəsində məhəccərlər təmir edilərək rənglənmiş, şagirdlərin idman oyunlarının daha təhlükəsiz keçirməsi şərait yaradılmışdır.
Bələdiyyədən bildiriblər ki, Səbail rayonunda bələdiyyə tərəfindən aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Rəylər
0 Rəy