Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 14:19

51

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Qəhrəman Yusif Əliyevin anım günündə ailəsi ziyaret olunub

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyev Yusif Əliyusif oğlunun anım günü münasibətilə onun ailəsi ziyarət olunub.
Ziyarətdə Qaradağ Rayon İcra Hakimiyyətinin Qobustan qəsəbə nümayəndəliyinin rəhbərliyi, Qobustan bələdiyyəsinin sədri və bələdiyyə qulluqçusu iştirak ediblər.
Görüş zamanı şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilib, Milli Qəhrəman Yusif Əliyevin keçdiyi şərəfli döyüş yolundan və Vətən qarşısındakı müstəsna xidmətlərindən bəhs olunub. Vurğulanıb ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi hər zaman uca tutulur və şəhid ailələrinə diqqət göstərmək mənəvi borcdur.
Şəhidin ailə üzvləri göstərilən diqqət, qayğı və ehtirama görə qəsəbə nümayəndəliyinə və bələdiyyə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Rəylər

0 Rəy


Rəy yaz