Hacı Əliyev vətəndaşlarla növbəti səyyar görüş keçirib
Səbail
Bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyə üzvləri və əməkdaşları ilə birlikdə
Mənzərə parkında vətəndaşlarla səyyar görüş keçirmişdir. Görüş zamanı sakinlərin
müraciətləri dinlənilmiş, əsasən kanalizasiya sisteminin vəziyyəti, ərazilərin
abadlaşdırılması və təmir işləri ilə bağlı qaldırılan məsələlər müzakirə
olunmuşdur. Müraciətlər nəzarətə götürülmüş, onların mərhələli həlli istiqamətində
aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Daha sonra II Qarabağ müharibəsi şəhidləri Şükürlü Nicat Ayaz oğlunun abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy