Əziz Zeynalov: “Əmlak vergisinin həcmində 100 faizlik artım var”
“2024-cü ilin birinci yarısı ilə müqayisədə cari ilin birinci yarısında büdcə gəlirində 83 faizlik artım olub. Bu isə ümumilikdə 556.338 manatlıq artım deməkdir”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd edib ki, 2024-ci ilin birinci yarısında əldə edilən 666.668 manatın 493.785 manatı əmlak vergisindən, 1.748 manatı torpaq vergisindən,155.069 manatı mehmanxana
rüsumlarından, 15.860 manatı isə
avtodayanacaqlardan daxil olub.
2025-ci ilin birinci yarısında əldə edilən 1.073.749 manatın 861.281 manatı əmlak vergisindən, 4.040 manatı torpaq vergisindən 198.307 manatı mehmanxana
rüsumlarından, 10.120 manatı isə avtodayanacaqlardan daxil olub.
2026-ci ilin birinci yarısında isə əldə edilən 1.223.006 manatın 1.022.499 manatı əmlak vergisindən, 5.555 manatı torpaq vergisindən 176.072 manatı mehmanxana
rüsumlarından, 17.900 manatı isə avtodayanacaqlardan daxil olub.
Təhillər göstərir ki, yarim il üzrə əmlak vergisində 107 faiz, mehmanxana
rüsumlarının həcmində isə 14 faizlik artım müşahidə olunub.
Əziz Zeynalov qeyd edib ki, bələdiyyənin vergi xidmətinin sistemli fəaliyyəti sayəsində ilin
sonunadək büdcə vəsaitlərinin həcminin artım tempi ilə davam etməsi nəzərdə
tutulub.
Belediyye.info
Rəylər
0 Rəy