Bələdiyyə sədri: “Xətai bələdiyyəsi bu ildə ənənəsinə sadiq qalaraq 127 şəhid və qazi ailəsinə bayram sovqatı təqdim edib”
“Xətai
bələdiyyəsi Xətai RİH-in təşəbbüsü ilə daim rayon ərazisində yaşayan şəhid və qazi ailələrini diqqət saxlayır, onları
narahat edən məsələlərin həllinə çalışır”-
bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev
bildirib.
Sədr
bildirib ki, Xətai bələdiyyəsi həm də daim şəhid və qazi ailələrinin qayğı və problemləri ilə maraqlanırlar. Xətai
bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə Novruz və Ramazan bayramlarında 127
şəhid və qazi ailəsinə bayram sovqatı təqdim edilib.Bələdiyyənin üzv və
qulluqçularının iştirakı ilə hər bir şəhid və qazi ailəsi mənzilində ziyarət
edilmiş, bələdiyyənin həyata keçirdiyi layihələrdən və çəhid və qazi ailələrinə
gösgərilən qayğı və diqqət söz açılmışdır.
Bununla
yanaşı hər bir görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulduğu
ailə üzvlərinin diqqətinə çatdırılıb.
Görüşlərdə
sədr həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin,
şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə
əhatə olunmasını təşkil etmək olduğu ailə üzvlərinin bir daha diqqətinə çatdırılıb.
Sədr
qeyd edib ki, Xətai bələdiyyəsinin kollektivi də bu nəcib təşəbbüsə qoşulmağı
özlərinə borc bilir.
Belediyye.info
Rəylər
0 Rəy