Mürsəl Eminov: “Binəqədi bələdiyyəsi həssas qrupa aid insanların həm də sosial-məişət qayğılarının həllini daim diqqətdə saxlayır”
“Əhalinin həssas qruplarına maddi və mənəvi dəstək göstərmək hər bir bələdiyyənin ən ümdə vəzifəsidir”- bu fikirləri Belediyye.infoya Binəqədi rayon bələdiyyəsinin sədri Mürsəl Eminov deyib.
Sədrin
sözlərinə görə, ötən ilin dekabr ayında bələdiyyə büdcəsinin təsdiqi zamanı
bununla bağlı bütün məsələlər öz həllini tapıb. Hər bir bayram günlərində həssas
qrupa aid edilən- şəhid, qazi və aztəminatlı ailələrə bayram sövqatının göndərilməsi artıq ənənə
halını alıb. Bu ildə bələdiyyə iclasının qərarı ilə Novruz və Ramazan
bayramları münasibətilə Binəqədi bələdiyyəsi tərəfindən 60-dan cox aztəminatlı, şəhid və qazi ailələrinə bayram sovqatlarının verilməsinə başlanılmışdır.
Bələdiyyə
iclasında təsdiq edilmiş siyahıya uyğun olaraq bayram sovqatları bələdiyyənin inzibati
binasında təqdim edilir. Bayram sovqatları fiziki məhdudiyyətli insanlara isə bələdiyyənin
üzv və qulluqçularının iştirakı ilə təqdim edilir.
Mürsəl Eminiov qeyd edib ki, bələdiyyə bundan sonra da həssas qrupa aid insanların hər birini diqqətdə saxlamaqla yanaşı, həm də onların sosial-məişət qayğılarının həllini diqqətdə saxlayacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy