Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 15:51

116

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov:  “Binəqədi bələdiyyəsi həssas qrupa aid insanların həm də sosial-məişət qayğılarının həllini  daim diqqətdə saxlayır”

 

 “Əhalinin həssas qruplarına maddi və mənəvi dəstək göstərmək hər bir bələdiyyənin ən ümdə vəzifəsidir”- bu fikirləri Belediyye.infoya Binəqədi rayon bələdiyyəsinin sədri Mürsəl Eminov deyib.

Sədrin sözlərinə görə, ötən ilin dekabr ayında bələdiyyə büdcəsinin təsdiqi zamanı bununla bağlı bütün məsələlər öz həllini tapıb. Hər bir bayram günlərində həssas qrupa aid edilən- şəhid, qazi və aztəminatlı ailələrə  bayram sövqatının göndərilməsi artıq ənənə halını alıb. Bu ildə bələdiyyə iclasının qərarı ilə Novruz və Ramazan bayramları münasibətilə Binəqədi bələdiyyəsi tərəfindən   60-dan cox aztəminatlı, şəhid  və qazi ailələrinə  bayram sovqatlarının  verilməsinə başlanılmışdır.

Bələdiyyə iclasında təsdiq edilmiş siyahıya uyğun olaraq  bayram sovqatları bələdiyyənin inzibati binasında təqdim edilir. Bayram sovqatları fiziki məhdudiyyətli insanlara isə bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə təqdim edilir.

Mürsəl Eminiov qeyd edib ki, bələdiyyə bundan sonra da həssas qrupa aid insanların hər birini diqqətdə saxlamaqla yanaşı, həm də onların sosial-məişət qayğılarının həllini diqqətdə saxlayacaqdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1241