Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2026 , 11:22

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: Rəqəmsallaşma ilə bağlı islahatlara bələdiyyələrdə hazır olmalı və prosesdən kənarda qalmamalıdırlar

“Azərbaycan növbəti tarixi mərhələnin astanasındadır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Ölkə başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edib. Bu, sadəcə texnoloji yenilənmə deyil, həm də strateji seçimdir” – bu fikirləri Belediyye.infoya Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.

“Ölkəmizdə süni intellektin tətbiqi, rəqəmsallaşma ilə bağlı aparılan  islahatlara bələdiyyələrdə töhfəsini təqdim etməli  və öz fəaliyyətlərində artıq bu proseslərin tətbiqinə start verməlidilər. Aparılan islahatlar, həyata keçirilən layihələr son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməlidir- Bu fikirləri də Bəylər Həsənov deyib.

Sədr qeyd edib ki, hər bir  bələdiyyədə rəqəmsallaşdırmanın aparılması ilk növbədə texniki təchizatdan başlamalıdır. Bununla yanaşı kadr hazırlığı da diqqətdə saxlanılmalı, mütəmadi olaraq təlimlərin keçirilməsi, bu sahədə tətbiq edilən yeniliklər xüsusəndə vergi xidmətində çalışanların diqqətinə çatdırlımalıdır.

Binəqədi qəsəbə bələdiyyəsi artıq ötən ildən bu məqamları özünün strateji yol xəritəsi kimi qəbul edib. Bələdiyyənin hər bir şöbəsi müasir kompüterlərlə təchiz edilmiş, şəbəkə qurulmuş, məlumat bazası sistemləşdirilmişdir.

Vergi xidməti orqanı məhz bu texniki təchizatın verdiyi imkandan və BAMS-ın yaratdığı şəraitdən layiqincə istifadə edərək bəllədiyyənin əvvəlki illərdən yığılıb qalmış  kifayət qədər yüksək həcmdə olan borcların silinməsinə və  bank hesabı üzərində olan məhdudiyyətin götürülməsinə nail olmuşdur.

Bununla yanaşı bələdiyyənin atdığı daha bir addım isə bələdiyyə sənədlərinin arxivləşdirilməsi ilə bağlıdır. Bu addımın atılması həm də müəyyən neqativlərin qarşısını almış oldu.     

Bəylər Həsənov bildirib ki, bələdiyyənin internet resurunun yeni, daha təkmil versiyası hazırdır. Artıq hər bir vergi ödəyimiz bu resurs üzərindən bələdiyyəyə müraciət edə və ən əsası vergilərini onlayn qayda da  ödəyə bilər. Resursu təkmilləşdirməkdə əsas məqsədimiz şəffaflığın təmin edilməsi ilə yanaşı, həm də vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Yeni yaradılan bu sistem vətəndaşa vergilərini ödəmək üçün banka və ya poçta getməklə deyil, olduğu yerdən telefonla ödəmək üçün  əlavə bir imkanda yaradacaqdır. Bu gün resurs hələ ki test rejimində çalışır, yaxın günlərdən proses aktivləşdiriləcəkdir.  

Rəqəmsallaşma ilə bağlı islahatlara bələdiyyərdə hazır olmaslı, prosesdən kənarda qalmamalı, bununla bağlı olan hər bir yeniliyin tətbiqinə maraqlı olmalıdır. İndiki halda bələdiyyə  uğura yalnız bu məqamları nəzərə almaqla imza ata bilər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz